Mourinyonun “oğlu” “Real Madrid”in transfer siyahısında
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Real Madrid” futbol klubu “Napoli”nin yarımmüdafiəçisi Skott Maktomineyi heyətinə qatmaq imkanını nəzərdən keçirir.
İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, Madrid klubunun 29 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb.
Maktomineyin “Napoli” ilə müqaviləsinin yenilənməsi məsələsində çətinlik yaranıb. Klub prezidenti Aurelio De Laurentis futbolçunun 2028-ci ilin iyununa qədər qüvvədə olan müqaviləsini uzatmağa tələsmir. Şotlandiyalı yarımmüdafiəçinin nümayəndələri isə onun gələcəyinə mümkün qədər tez aydınlıq gətirmək istəyirlər.
Qeyd edək ki, Maktominey 2024-cü ildə 30,5 milyon avroya (60 milyon manat) “Mançester Yunayted”dən “Napoli”yə keçib. O, 2024/2025 mövsümündə İtaliya A Seriyasının ən yaxşı futbolçusu seçilib. Ötən mövsüm isə 44 oyunda 14 qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.
Maktomineyin “Mançester Yunayted”də debütü Joze Mourinyonun rəhbərliyi altında baş tutub. Portuqaliyalı mütəxəssis onu hələ də “mənim oğlum” adlandırır. Şotlandiyalı futbolçu daha əvvəl Mourinyonun onu “Real”a dəvət edəcəyi təqdirdə bu təklifi nəzərdən keçirəcəyini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 09 Oktyabr 2026 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















