Icma.az
close
up
RU
“Rəqiblə müqayisədə bizim üçün heç heçə yaxşı nəticədir” Faiq Hacıyev

“Rəqiblə müqayisədə bizim üçün heç heçə yaxşı nəticədir” Faiq Hacıyev

Icma.az bildirir, Qol.az portalına istinadən.

“Oyuna istədiyimiz kimi başlaya bilmədik. Sonra da qırmızı vərəqə aldıq. Azlıqda qalmağımıza baxmayaraq, komanda şəklində xarakter göstərdik. Buna görə uşaqlara təşəkkür edirəm. Növbəti matçlarda da bu cür xarakter göstərib, qələbə qazanmağa çalışacağıq”.

QOL.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un müdafiəçisi Faiq Hacıyev Misli Premyer Liqasının 26-cı turunda “Neftçi”yə qarşı keçirilən oyundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib.

O, 88-ci dəqiqədə qapılarında qol görmələrinə baxmayaraq, inamlarını itirmədiklərini bildirib: “Oyun 90 dəqiqədir, artırmalarla daha çox olur. Azlıqda qalsaq da, inamımızı itirməmişdik. Bu futboldur, nəinki 10, lap 9 nəfərlə də qala bilərsən. Sona qədər vuruşmaq lazımdır”.

26 yaşlı futbolçu qazanılan 1 xalı uğurlu nəticə hesab edir: “Neftçi” kimi komandaya qarşı 10 nəfərlə heç-heçə etmək yaxşı nəticədir. Topa nəzarət rəqibdə idi. Biz öz vaxtımızı gözlədik. Rəqiblə müqayisədə bizim üçün 1:1 yaxşı nəticədir”.

Bu heç-heçə sayəsində üçüncü pillədəki “Araz-Naxçıvan”la “Turan Tovuz” arasındakı xal fərqi birə enib. Lakin F.Hacıyev qeyd edib ki, bu məqama çox da diqqət yetirmirlər: “Bizim hədəfimiz öz oyunlarımızda qalib gəlməkdir. Turnir cədvəlinə baxmırıq. Öz matçlarımızı qələbə ilə başa vursaq, daha yüksək yerlərdə olacağıq”.

“Turan Tovuz” avrokuboklarda çıxış etməyə hazırdırmı?” sualını F.Hacıyev belə cavablandırıb: “Bunu zaman göstərəcək. Bunun üçün çalışırıq. Lakin indidən dəqiq nəsə demək çətindir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://qol.az
archiveBu xəbər 11 Mart 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see328

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see266

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see240

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see207

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see202

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see147

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see142

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see137

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see136

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see129

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see128

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see128

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see127

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see125

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see125

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see124

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see124

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see122

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see121

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri