Mövsümdə ilk xal itkisi
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan çempionatının II Liqasında çıxış edən “Şahdağ Qusar” mövsümdə ilk xal itkisi ilə üzləşib.
İdman.biz xəbər verir ki, şimallıların mövsümü əhatə edən 16 oyunluq qələbə seriyası qırılıb.
Elnur Abdullayevin baş məşqçisi olduğu komanda XVII turda büdrəyib. Qusar təmsilçisi Şəmkirdə eyniadlı komanda ilə heç-heçə edib – 1:1.
Qeyd edək ki, “Şahdağ Qusar” 49 xalla çempionatın lideridir.
İdman.biz

