MPK rəhbərliyi Avropa çempionatlarında çıxış etmiş paralimpiyaçılarla görüşüb FOTO
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi Avropa çempionatlarında çıxış etmiş paralimpiyaçılarla görüşüb.
İdman.Biz xəbər verir ki, tədbirdə paracüdo, paragüllə atıcılığı və parabadminton üzrə Avropa çempionatlarında ümumilikdə 2 qızıl, 5 gümüş medal qazanan paralimpiyaçılarımız ilə onların məşqçilərinin fikirləri dinlənilib, milli komandaların uğurlarının davamlı olması üçün görüləcək işlər müzakirə edilib.
Görüşdə Milli Paralimpiya Komitəsinin prezidentinin müşaviri Şahin Kazımzadə, vitse-prezident İlham Zəkiyev, baş katib Toğrul Rəhimov və digər MPK rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, Avropa çempionatlarında paracüdoçularımız İlham Zəkiyev (J1, +95 kq) qızıl, Dürsədəf Kərimova (J2, +70 kq) isə gümüş medal qazanıblar. Paragüllə atıcılarımız Kamran Zeynalov (10 metr, P1) qızıl, (50 metr, P4) gümüş və Aybəniz Babayeva ilə birlikdə (10 metr, P6) daha bir gümüş medal əldə ediblər.
Parabadmintonçularımız İbrahim Əliyev (SU-5, qoşa yarış) və Zəhra Salmanlı (SH-6, qoşa yarış) isə gümüş medallara sahib olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 14 Oktyabr 2025 22:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















