MPK rəhbərliyi baş məşqçilərlə görüşüb
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi baş məşqçilərlə görüşlər keçirib.
İdman.biz bu barədə MPK-ya istinadən məlumat verir.
Belə ki, parataekvondo, paracüdo, parabadminton, parapauerliftinq, paragüllə atıcılığı, parakamandan oxatma və boccia üzrə baş məşqçilərlə fərdi toplantılar baş tutub.
Görüşlər zamanı hər bir idman növünün mövcud vəziyyəti, ilin sonunadək planlaşdırılan yarışlar, təlim-məşq toplanışları, eləcə də Los-Anceles-2028 Yay Paralimpiya Oyunları ilə bağlı uzunmüddətli planlar müzakirə olunub.
Yeni paralimpiyaçı nəslinin formalaşdırılması istiqamətində görülən işlərin davam etdirilməsi, həmçinin yenilənmiş tibbi təsnifat qaydalarına uyğunlaşma məsələləri də gündəlikdə yer alıb.
MPK tərəfindən paralimpiyaçıların ölkəmizi beynəlxalq arenada uğurla təmsil etmələri üçün göstərilən dəstəyin davam etdiriləcəyi bildirilib. Belə görüşlərin hər ay mütəmadi şəkildə keçiriləcəyi vurğulanıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 04 Sentyabr 2025 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















