Icma.az
close
up
RU
Avropa birinciliyində uğurla çıxış etmiş atletlərimiz vətənə qayıdıblar FOTO

Avropa birinciliyində uğurla çıxış etmiş atletlərimiz vətənə qayıdıblar FOTO

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniyada keçirilmiş U-15 və yeniyetmələrin Avropa birinciliyində uğurla çıxış edən atletlərimiz vətənə qayıdıblar.

İdman.biz Azərbaycan Ağırlıqqaldırma Federasiyasına istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında komanda üzvlərimiz təntənəli şəkildə qarşılanıblar.

Mərasimdə idman ictimaiyyətimizin üzvləri ilə yanaşı media nümayəndələri də iştirak ediblər. Yığma komandamızın baş məqşçisi Maxtı Makkaev, eləcə də Avropa birinciliyinin qalib və mükafatçıları hava limanında jurnalistlərin suallarını cavablandırıblar.

Avropa birinciliyinin qalibi Musab Məmmədtağıyev bildirib ki, onun üçün uğurlu bir yarış olub: "İspaniyaya qızıl medal qazanmaq üçün getmişdim və sevinirəm ki, bunu bacardım. İlk növbədə federasiya rəhbərliyinə və məşqçilərimizə minnətdarlığımı bildirmək istəyirəm. Onların güvəni və zəhməti sayəsində məqsədimizə çatdıq. İrəlidə bizi daha gərgin yarışlar gözləyir. Hədəfimiz dəyişmir, hansı yarış olursa olsun bayrağımızı dalğalandırmağa çalışacam.”

Avropa çempionatının gümüş mükafatçısı Lətif Əliyev vurğulayıb ki, Avropa birinciliyində zəif rəqib olmur: "Bütün idmançılar ən azı öz ölkəsinin ən yaxşılarıdır. Ona görə də gərgin yarış keçdi. Bu qələbəmizdə bütün komanda üzvlərimizin payı var. Bu fərdi idman növü olsa da, tək nəticə əldə etmək mümkün deyil. Sevinirəm ki, bizə inanan hər kəsin etimadını doğrulda bildik.”

Avropa çempionatının gümüş mükafatçısı Muhəmmədəli Məmmədzadə də yarışla bağlı fikirlərini bölüşüb: “Mən son yarış günü çıxış elədim. İstəyim o idi ki, medal sayımızı artırım. İndi burada medalla dayandığım üçün sevincliyəm. Hər bir idmançının arzusu Olimpiya Oyunlarından vətənə medal gətirməkdir. Başa düşürəm ki, bunun üçün çox çalışmalıyıq. Amma hər şey özümüzdən asılıdır. İstək və zəhmət varsa mümkünsüz heç nə yoxdur.”

Yığma komandanın baş məşqçisi Maxtı Makkaev hərtərəfli dəstəyinə görə federasiya prezidenti Kamran Nəbizadəyə və vitse-prezident Firdovsi Umudova təşəkkürünü bildirib: "Avropa birinciliyinə hazırlıq üçün rəhbərlik tərəfindən komandaya bütün zərurui şərait yaradılmışdı. Təlim-məşq toplanışımız plan üzrə keçirildi. Əlbəttə ki, daha çox çalışmalıyıq. Hər çəki dərəcəsində böyük rəqabət var. Rusiya atletlərinin yarışlara qayıtması bu rəqabət səviyyəsini daha da artırıb. Bu baxımdan komanda hesabında 3-cü yeri tutmağımız uğurlu nəticədir. Bir daha bütün atletlərimizi, məşqçilərimizi və inzibati heyət üzvlərimizi təbrik edirəm”.

Qeyd edək ki, Avropa birinciliyində ümumilikdə 7 medal qazanmış atletlərimiz, komanda hesabında 3-cü yeri tutublar.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Avqust 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri