MPK rəhbərliyi qızıl medal qazanan parataekvondoçularla görüşdü
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Sentyabrın 9-da Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi Cənubi Koreyada keçirilən Muju Qran-Prisində qızıl medal qazanan parataekvondo üzrə milli komandamızla görüş keçirib.
XQ xəbər verir ki, MPK-da baş tutan görüşdə dünyanın ən reytinqli parataekvondoçularının mübarizə apardığı Muju Qran-Prisində K44 kateqoriyası üzrə 58 kq çəki dərəcəsində qızıl medal qazanan Sabir Zeynalov, İmaməddin Xəlilov və milli komandanın baş məşqçisi Fərid Tağızadə iştirak ediblər.
Görüş zamanı idmançıların yarış təəssüratları və əldə olunan nəticələr ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin ilin sonunadək keçiriləcək beynəlxalq turnirlər və noyabr ayında baş tutacaq dünya çempionatına hazırlıq prosesi müzakirə olunub.
Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, İdman şöbəsinin müdiri Cavad Axundzadə və digər komitə rəsmiləri də iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 09 Sentyabr 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















