MPLdə cərimə meydançasından qapıya ən çox zərbə endirən klublar açıqlandı
Icma.az, Fanat saytına istinadən bildirir.
Misli Premyer Liqasında cərimə meydançasından qapıya ən çox zərbə vuran klublar bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) araşdırma aparıb.
"Qarabağ" ilk pillədə qərarlaşıb. Ağdam təmsilçisinin oyunçuları hər matçda ortalama 6,67 dəfə cərimə meydançasından zərbə endiriblər.
İkinci sırada "Sabah" (6 zərbə) yer alıb. İlk "üçlüy"ü "Turan Tovuz" (4,38 zərbə) qapayır.
Növbəti mövqelərdə "Neftçi" (4,31 zərbə), "Araz-Naxçıvan" (3,83 zərbə), "Şamaxı" (3,75 zərbə), "Sumqayıt" (3,67 zərbə), "Zirə" (3,54 zərbə), "Kəpəz" (2,46 zərbə), "Səbail" (2,08 zərbə) qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" dünyanın 63 liqa təmsilçilərinin yer aldığı siyahıda cərimə meydançasından qapıya zərbələrə görə 54-cü ola bilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 14 Noyabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















