Icma.az
close
up
RU
Mr. Bean in oyuncaq ayısı Coşqundan istedadlıdır VİDEO

Mr. Bean in oyuncaq ayısı Coşqundan istedadlıdır VİDEO

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Tribunainfo.az Dəniz Pənahovanın “Mr. Bean-in oyuncaq ayısı Coşqundan istedadlıdır” tənqidi yazısını təqdim edir:

Çöpəgülən cəmiyyətin məşhur etdiyi aktyor Coşqun Rəhimov “Mr. Bean” obrazını canlandıran aktyor Rovan Atkinsonu axmaq adlandırıb. Aktyor bununla yetinməyib, özü ömür boyu qadın alt paltarında çıxış etdiyi halda, Atkinsonu “eynitipli” aktyor adlandırıb.
C. Rəhimovun o videosu qarşıma çıxanda tələbəlik illərində yazdığım mühazirə dəftərim eşələyib tapdım.
Azərbaycan teatrının yaranmasında, formalaşmasında böyük əmək sərf edərək adlarını teatr tarixinin yaddaşına əbədi olaraq həkk edən ziyalılardan bəhs etməsəm bu məqamda olmazdı. Onlar oynadığı qadın obrazına görə, ölümlə üz-üzə qalıblar. Şərqdə ilk dəfə qadın obrazını səhnədə canlandıran Muxtar Bədəlbəyov olub. Amma o, alt paltarında düşüklük etməyib. M. Bədəlbəyov Füzulinin “Leyli-Məcnun” poeması əsasında tamaşaya qoyulan əsərin Leyli obrazını canlandırıb. İlk dəfə Azərbaycan opera və teatr tarixində ilk qadın rolunun ifaçısı kimi Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski)-nin adını yazırlar. Əhməd bəy tanınmasın deyə, adını “Miri” yazdırır. Sonralar, səhnə təxəllüsü olaraq özünə “Ağdamski” familiyasını götürür. Bu aktyorların hər ikisi də dövrün və mental dəyərlərin basqın olduğu bir dönəmdə soyadlarındakı “Bədəlbəyli” kəlməsi kimi bədəl ödəyiblər. Bəli, sən, Coşqun Rəhimov, o dövrdə yaşasaydın nəinki alt paltarında, heç qadın obrazı oynamağa cürət edə bilməzdin.

https://tribunainfo.az/public/uploads/2025/10/tia_2d4cb4f292c97ebf7dbfbd99b2f96c77_sl0ktp925a8jufzorce7.mp4

Gələk Mr. Bean obrazını canlandıran R. Atkinsona…
Mister Binin xarakterini Atkinson Oksford Universitetində aspirantura təhsil aldığı vaxtlarda inkişaf etdirib. Şounun yumoru əsasən fiziki komediyaya əsaslanır. Az dialoq olsa da, mister Binin hərəkətləri tamaşaçıların süjeti izləmələrini asanlaşdırır və şounu hətta ingiliscə bilməyənlər üçün də başadüşülən edir. Film 245 ölkəyə satılıb və bir çox beynəlxalq mükafatlara, o cümlədən “Rose d’Or”a layiq görülüb.

Danışmadan insanı güldürən Atkinson sənin dediyin kimi eynitipli aktyor olmayıb. Emosiyaları sözlər olmadan çatdırmaq və universal gülüşə çevirmək bacarığı mister Binin əsl sehridir. Onun canlandırdığı Ms. Bean obrazı 15 bölümdən ibarətdir. Və günü bu gün də təkrar-təkrar izlənilir. Uşaqlığımın bir parçasına çevrildi Ms. Bean…
Qurşaqdanaşağı zarafat etmədən insanları güldürmək ciddi ustalıq tələb edir. Müxtəlif məktəblər keçmiş ciddi komediyaçılara baxanda görürsən ki, onların hamısı bir-birindən üslubca da fərqlidir.

Ms. Bean obrazının altında dərin psixoloji qatlar yatır. Onun oyuncaq ayısı belə, Coşqun Rəhimovdan istedadlıdır. Serialın ilk səhnəsində qaranlıq fon, səssizlik, sonra isə göydən işıq və içindən Mr. Bean-in enməsini görürük. Bu onun cəmiyyətə yadlığını, normal sosial qaydalara uyğunlaşa bilməməsini, sadəlövhlük və uşaq saflığı ilə dünyaya baxmasını ifadə edir. Mr. Bean-in davranışları dərin psixoloji qatlarda insanın ilkin təbiətini yəni sosial qaydalardan əvvəlki, saf, instinktiv, bəzən eqosentrik “daxili uşağı” ortaya çıxardır.
Daxili uşaq arxetipində Bean çox vaxt uşaq kimi düşünür: sadə həllər, spontan qərarlar, emosiyaları gizlətmədiyini görürük.
Bu, Freydin “İd” anlayışına yaxındır. Yəni, instinkt və istək səviyyəsində yaşayan bir varlıq.

Bu səbəbdən də tamaşaçı gülür, amma içində bir empatiya hissi də yaranır. Çünki Bean, hamımızın içindəki saf, lakin yöndəmsiz uşağı təmsil edir. Bean bütün millətlər üçün eyni dərəcədə başa düşüləndir.

Dil baryerini aşaraq, bəşəri dildə, bədən dili ilə ustalıqla danışır. Bean bizə özümüzü kənardan göstərmək üçün göndərilmiş bir güzgüdür. Necə ki, onun absurd davranışlarına gülərkən, fərqinə varmadan öz gündəlik qəribəliklərimizə də gülürük. Gülüşün altında isə insanın primitiv instinktləri və tənha tərəfləri gizlənir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri