Icma.az
close
up
RU
MS bir qələbə ilə üç pillə irəlilədi

MS bir qələbə ilə üç pillə irəlilədi

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Premyer-liqada mayın 16-18-i aralığında keçirilən oyunların icmalını təqdim etmişdik.

"Football-plus.az" xəbər verir ki, ötən həftənin bazar ertəsi gec saatlarda “Liverpul” da meydana çıxdı.
“Brayton”un qonağı olan “qırmızılar” artıq 9-cu dəqiqədə hesabı açdı. Ancaq meydan sahibləri tezliklə özünə gələrək 32-ci dəqiqədə bərabərlik qolunu vurdu. Komandalar fasiləyə yollananda hesab artıq 1:2 idi. Soboslai gözəl zərbə ilə “Liverpul”u növbəti dəfə irəli çıxardı. Fasilədən dərhal sonra Salah fərqlənməyə borclu idi. Misirli ulduz əlverişli imkanı qaçırandan sonra “qağayılar”ın baş məşqçisi Fabian Hürtselerin hissiyyatı işə yaradı. Onun 65-ci dəqiqədə meydana buraxdığı Mitoma cəmi 5 dəqiqə sonra hesabı 2:2 etdi.
Maraqlıdı ki, sonradan meydana çıxan Hinşelvudun “Brayton”un qələbə topunu vurması üçün cəmi 3 dəqiqə bəs etdi. Və daha bir qəribəlik: ona ötürmə verən О’Rayli də sonradan oyuna qoşulmuşdu. Slotun əlinin altında belə cokerlər yox idi. Düzünə qalsa, heç bir turnir motivasiyası olmayan qonaqlardan geridönüş gözləməyə də dəyməzdi. “Brayton” azarkeşləri ilə ən yaxşı şəkildə vidalaşdı.
Bir qələbə “Mançester Siti”ni sonuncu tur ərəfəsində 6-cı pillədən 3-cü pilləyə atdı.
Məhz son turda İngiltərənin avrokuboklardakı təmsilçiləri dəqiqləşəcək. “Bornmut” üzərində qələbə “şəhərlilər”ə çətin başa gəlmədi. Artıq 14-cü dəqiqədə Marmuş uzaq məsafədən möhtəşəm zərbə ilə hesabı açdı, hissənin sonunda isə Bernardo Silva fərqi artırdı. “Şəhərlilər” zaman-zaman özünə problem yaradırdı. Kovaçiçin 67-ci dəqiqədə birbaşa “qırmızı” ilə meydandan qovulmasını məhz bunların sırasına aid etmək olar. Amma cəmi 7 dəqiqə sonra “Bornmut”dan da Kuk qovuldu. 10-un 10-a oyunda “Siti” Nikonun sayəsində daha bir qol vurdu. Bundan əvvəl isə iki emosional an yaşandı: De Bruyne “Etihad”la vidalaşdı və Rodri sentyabrdan bəri ilk dəfə yaşıl meydana qədəm qoydu. “Bornmut” isə bütün bunların fonunda yalnız son saniyələrdə təsəlli qolunu vurdu.
Mayın 17-də tarixində ilk dəfə ölkə kubokunu qazanan “Kristal Pelas” “Vulverhempton”a qarşı da parlaq oyun göstərdi. 1-ci hissənin ortalarında “canavarlar” hesabı açsa da, “şüşəçilər” fasiləyə qədər hesabı bərabərləşdirməklə yanaşı, irəli də çıxdı – Nketia dubl etdi. 2-ci hissənin əvvəlində Çiluell londonluların üstünlüyünü artırdı. Ancaq təslim olmaq istəməyn qonarlar Strand Larsenin 62-ci dəqiqədəki qolu ilə intriqanı bərpa etdi. Sonda Eze komandasının 4-cü qolunu vurmaqla bütün sualları aradan qaldırdı.
37-ci tur
Brayton – Liverpul 3:2

Ayari, 32. Mitoma, 69. Hinşelvud, 85 – Elliott, 9. Soboslai, 45+1. (31611)
Liverpul: Alisson, Simikas, Kuansa, Konate, Bredli (Endo, 77), Soboslai (Cons, 64), Qravenberx, Qakpo (Dias, 63), Elliott, Salah, Kyeza (Nunyes, 63).
Mançester Siti – Bornmut 3:1
Marmuş, 14. B.Silva, 38. Niko, 89 – Cebbison, 90+6. (52487)
MS: Ederson, Nunyeş, Diaş, Akanci, Qvardiol, Gündoğan (Dokyu, 90+2), Kovaçiç, B.Silva (Qriliş, 90+2), De Byuyne (Niko, 69), Marmuş (Bobb, 90+1), Holann (Rodri, 82).
Kristal Pelas – Vulverhempton 4:2
Nketia, 27; 32. Çiluell, 50. Eze, 86 – Aqbadu, 24. Strand Larsen, 62. (24766)
Turun mayın 16-18-də keçirilən oyunları belə nəticələnib: Arsenal – Nyukasl 1:0, Çelsi – Mançester Yunayted 1:0, Aston Villa – Tottenhem 2:0, Everton – Sauthempton 2:0, Vest Hem – Nottingem Forest 1:2, Brentford – Fulhem 2:3, Lester – İpsviç 2:0.
Xal durumu: Liverpul – 83, Arsenal – 71, Mançester Siti – 68, Nyukasl, Çelsi, Aston Villa – 66, Nottingem Forest – 65, Brayton – 58, Brentford – 55, Fulhem – 54, Bornmut – 53, Kristal Pelas – 52, Everton – 45, Vulverhempton – 41, Vest Hem – 40, Mançester Yunayted – 39, Tottenhem – 38, Lester – 25, İpsviç – 22, Sauthempton – 12.
Bombardirlər: Salah (Liverpul) - 28, İsak (Nyukasl) – 23, Holann (MS) – 21, Vud (Nottingem Forest) – 20, Mbemo (Brentford) – 19.
Turun rəqəmi
300 – Salah premyer-liqada oyun sayını bu həddə çatdırdı. O, “Liverpul”un heyətində 287, “Çelsi”nin heyətində 13 oyuna çıxıb. Misirli vinger premyer-liqada bu qədər oyun keçirən 4-cü afrikalıdı. İlk üç pillədə Kolo Ture (Fil Dişi Sahili, 353), Vilfrid Zaha (Fil Dişi Sahili, 305) və Cordan Ayyu (Qana, 303) qərarlaşıb. 2017-dən "Liverpul"un formasını geyən Salah buna qədər “Çelsi"də (2014-16) çıxış edib.
Turun ulduzu
David Rayya (Arsenal) – qapıçıların bu kateqoriya üzrə qalib olması nadir hadisədi. Ancaq ispaniyalı kiper “Nyukasl”la oyunda hədsiz parlaq təsir bağışladı. Ən çətin vəziyyətlərdə komandasının köməyinə çatdı, 5 seyv etdi. “Topçular” məhz bu qələbə sayəsində 2-ci yeri təmin etdi.
Turun sitatı
Kevin de Bruyne, MS-nin yarımmüdafiəçisi: “Burda qeyri-adi 10 il keçirdim. Qeyri-adi zaman kəsiyi, qeyri-adi təzyiq idi. Adamlara sevinc bəxş etmək, kreativ futbol göstərmək istəyirəm. Düşünürəm ki, bu 10 il azarkeşlər üçün şən keçdi. Bəzən uduzursuz, bəzən udursuz. Bu klub üçün yaxşı nəsə edə bildimsə, qürur duyuram”.
Faktlar
* "Liverpul" premyer-liqada antirekorda imza atdı. Mersisayd təmsilçisi “qızıl”ı təmin edəndən sonra çempionatda keçirdiyi üç matçın heç birində qalib gələ bilməyən ilk komandadı. "Liverpul" daha əvvəl "Arsenal"la heç-heçə (2:2) edib, "Çelsi"yə isə məğlub (1:3) olub.
* "Liverpul"un müdafiəçisi Vircil van Diykin premier-liqada 69 oyun ardıcıl start heyətində meydana çıxmaq seriyası başa çatdı. Niderlandlı oyunçu "Brayton"la matçın start heyətində yer almadı. Yeri gəlmişkən, "Liverpul"un əsas kapitanı əvvəlki 69 oyunun hamısında 90 dəqiqə meydanda olub.
Oyundan sonra
Arne Slot, “Liverpul”un baş məşqçisi:

“İki çox yaxşı komanda futbol oynamaq istəyirdi, daha vaxtı uzatmaq yox. Üçüncü qolu vurub oyunun taleyinə aydınlıq gətirəcəyimizi gözləyirdim, ancaq əvəzində rəqib hesabı bərabərləşdirdi. Əla futbol olsa da, istədiyimiz nəticəni əldə edə bilmədik. Salah 3-cü qolu vurmayandan sonra belə səviyyədə oyunda, xüsusən də səfərdə qalib gəlmək çətinləşdi. Qalib gəlmək istəyiriksə, belə imkanları qaçırmaq olmaz. Premyer-liqada 8-ci yeri tutan komandaya qarşı oynadıq. Ancaq bu komandanın Mitomanı transfer etməsi liqanın gücünü göstərir”.


Pep Qvardiola, MS-nin baş məşqçisi:

“De Bruyne azarkeşlərlə vidalaşanda qarışıq hisslər keçirdim (Pep ağladı – red.). Kədərləndim, çünki o, bizim üçün çox vacib oyunçu idi. Oyuna gəlincə, əsas hədəf qalib gəlmək idi. Qeyri-adi rəqiblə oyunda bunu bacardıq. Hələ çox iş görməliyik. Sonuncu turda güclü rəqiblə - “Fulhem”lə qarşılaşacağıq. Ora qələbə, xal dalınca gedirik. Növbəti mövsüm Çempionlar Liqasında oynamaq üçün xal qazanmalıyıq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 May 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see728

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see325

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see261

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see180

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see165

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see146

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see144

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see138

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see130

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see126

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri