Icma.az
close
up
RU
Mədəniyyət Nazirliyi şikayətlərə gizli baxıb... Məşhur rejissordan etiraz

Mədəniyyət Nazirliyi şikayətlərə gizli baxıb... Məşhur rejissordan etiraz

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az rejissor Tahir Tahiroviçin “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin nəticələrinə dair Apellyasiya Komissiyasının yekun iclasına münasibətini təqdim edir.

31 oktyabr 2025-ci il tarixində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin nəticələrinə dair Apellyasiya Komissiyasının yekun iclası keçirilib.

Bu iclas bir çox kino ictimaiyyəti üçün maraqla gözlənilirdi. Çünki bir sıra studiyalar və yaradıcı qruplar müsabiqənin nəticələri ilə razılaşmayaraq qərarlara apellyasiya şikayəti vermişdilər. Onlar ümid edirdilər ki, bu mərhələdə ən azı dinləniləcək, arqumentlərini izah etmək imkanı qazanacaqlar.

Lakin maraqlı və eyni zamanda narahatedici məqam odur ki, apel­lyasiya verən şirkət nümayəndələri həmin iclasa dəvət olunmayıblar. Yəni qərarların yenidən nəzərdən keçirilməsi prosesi onların iştirakı olmadan baş tutub.

Bu isə suallar doğurur:

Əgər Apellyasiya Komissiyasının məqsədi şikayətlərin ədalətli və şəffaf şəkildə araşdırılmasıdırsa, onda şikayətçilər niyə dinlənilmir?

Müzakirə qapalı keçirilirsə, obyektivliyin meyarı necə müəyyən olunur?

Əgər bu proses “gizli iclas” prinsipi ilə aparılırsa, o zaman ictimai və peşəkar nəzarət mexanizmi hardadır?

Apellyasiya mexanizmi hər bir dövlət dəstəkli müsabiqənin ayrılmaz hissəsidir. Onun mahiyyəti ondan ibarətdir ki, qərardan narazı qalan tərəflər ədalətin bərpası üçün öz arqumentlərini səsləndirsin, dinlənsin və qiymətləndirilsin. Bu isə dialoqa əsaslanan idarəçilik deməkdir.

Təəssüf ki, bu dəfə dialoq yerinə susqunluq və qapalı qərarvermə prosesi seçilib. Halbuki kino kimi yaradıcı sahədə şəffaflıq təkcə formal məsələ deyil və bu, etimadın təməlidir.

Azərbaycan kinosu bu gün bərpa dövrünü yaşayır. Yeni nəsil rejissorlar, prodüserlər, ssenaristlər bu sahəyə yeni nəfəs gətirmək istəyirlər. Amma onların motivasiyasını sarsıdan belə situasiyalar “obyektiv qərar” anlayışına kölgə salır.
Əgər dövlət dəstək mexanizmi şəffaf olmasa, əgər yaradıcılar dinlənilməsə, o zaman ədalətli rəqabətdən və inkişafdan danışmaq çətindir.

Sual doğurur:

Apellyasiya Komissiyasının tərkibi ?

Hansı prinsiplə qərar qəbul olunub?

Şirkətlərin fikirləri niyə nəzərə alınmayıb?

Bu məsələlərə aydınlıq gətirmək təkcə kino sahəsinin nümayəndələrinin deyil, həm də dövlət qurumlarının reputasiyası baxımından vacibdir.

Dövlətin mədəniyyətə və kinoya dəstəyi böyük və dəyərlidir. Amma bu dəstək şəffaflıq və ədalət prinsipləri ilə müşayiət olunmadıqca, onun təsiri cəmiyyət tərəfindən qəbul edilməyəcək.

Azərbaycan kinosu dialoqa, açıq qərarlara və ədalətli sistemə layiqdir. Əks halda, biz “kino siyasəti” deyil, sadəcə “kino proseduru”ndan danışmış olarıq.
Bütün kinematoqrafçılara uğurlar diləyirəm. İstənilən halda qərarınıza hörmətlə yanaşıram amma və lakin həyat davam edir.

Qaraltı - Vüqar Vanın yeni hekayəsi Azərbaycan ədəbiyyatının ən parlaq nəsli bizik! - Orxan Həsəni İmperiyalara etiraz edən milliyyətçi yazıçı - İvo Andriç "Bosniya trilogiyası"nda nələri yazmışdı?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://kulis.az
archiveBu xəbər 04 Noyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri