Icma.az
close
up
RU
MTK mənzili sökür, əvəzində isə pul əvəzinə yeni ev təklif edir: Vətəndaş razılaşmasa, nə baş verəcək? VACİB AÇIQLAMA KONKRET

MTK mənzili sökür, əvəzində isə pul əvəzinə yeni ev təklif edir: Vətəndaş razılaşmasa, nə baş verəcək? VACİB AÇIQLAMA KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“MTK”larla bağlı faktiki olaraq həllini tapmayan məsələlər var. İki yüz mənzillik bina üçün 40 qaraj tikilir. Sonra həmin qarajlar əhaliyə baha qiymətə satılır. Bu, doğru deyil. Qarajlar ümumi mülkiyyətdə olan sahədir. Ümumi mülkiyyətdə olan sahəni necə satmaq olar?”

Bu fikirləri iqtisadçı Elman Sadıqov KONKRET.az-a açıqlamasında səsləndirib. İqtisadçı bu gün Bakıda həyata keçirilən tikintilərdən, bunun əvəzində bir çox binalarda həyata keçirilən söküntü işlərindən və sakinlərə təklif olunan konpensasiyalardan danışıb. O bildirib ki, bəzən tikinti şirkətləri vətəndaşın evini sökərkən ona pul yox, yeni tikiləcək binadan mənzil təklif edir. Bu isə vətəndaş tərəfindən narazılıqla qarşılanır. Çünki elə şəxslər var ki, onlar ev yox, məhz pul tələb edirlər:

“MTK”larla bağlı məsələ çoxşaxəlidir. Vətəndaşların seçim hüquqlarına hörmət qoyulmur. MTK-lar vətəndaşlarla danışıb razılaşır. Əvvəllər 20 kv metrlik ev üçün 3 mənzil tələb olunurdu. Bu zaman həm MTK-lar, həm də insanlar tərəfindən sui-istifadə hallarına rast gəlinirdi. MTK-lar anlamalıdır ki, evin həcmi kiçik olsa da, şəhərin mərkəzində idi. Şəhərdən kənara getmək, insanlara psixoloji təsir göstərir. Vətəndaşlar 20 kv-lıq evlərdə özlərinə şərait qurub. Şəhərdə doğulub, boya başa çatan insan uzaqda yaşaya bilməyəcək. Burada Neftçilər, Yasamal, Xalqlar Dostluğu və s kimi yerlərdən söhbət getmir. Bu sadaladığım yerlər də, artıq şəhərin mərkəzinə çevrilir. Söhbət tamamilə Bakı şəhərindən kənara çıxmaqdan gedir.“

İqtisadçı bildirir ki, hər iki tərəfdə sui-istifadə hallarına rast gəlinir.

“Sui-istifadə halları qarşılıqlı inamın zəifləməsinə gətirib çıxarır. Elə bir vəziyyət yaranıb ki, MTK-lar o pulu verməyə hazır deyillər. Çünki əmlak qiymətləri gündən-günə artır. Əhaliyə də təklif olunan pul kifayət etmir. Bəzən də elə məbləğ istəyirlər ki, bu, həmin lahiyənin həyata keçməsinə imkan vermir. Bu halda MTK-lar sökdükləri binaların yerində vətəndaşlara mənzil təklif edir. Amma, MTK dediyi vaxtda mənzili tikib əhaliyə təhvil verə bilmir. Bundan sonra ciddi problemlər başlayır. İnsanlar kirayədə yaşayırlar. Bu da ciddi sosial gərginliyə gətirib çıxarır. Bu məsələlərdə diqqətli olmaq lazımdır. Mənzil təklif edilirsə, mütləq müqavilə bağlanmalıdır. Müqavilə öhdəliyi yerinə yetirilməlidir. Bəzən də elə hal olur ki, vətəndaşın mənzili təmirli olur. Həmin vətəndaşa isə əvəzində təmirsiz mənzil verirlər. Mənzili alan şəxs, onu təmir etdirməkdə çətinlik çəkir. Bu məsələlər qanunla tənzimlənməlidir. Dəqiq olaraq yeni qanun formalaşmalıdır.”

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Aprel 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri