Icma.az
close
up
RU
“Müasir Azərbaycan və türk fəlsəfi əlaqələri” beynəlxalq konfrans

“Müasir Azərbaycan və türk fəlsəfi əlaqələri” beynəlxalq konfrans

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 28 oktyabr, AZƏRTAC

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Müasir Azərbaycan və türk fəlsəfi əlaqələri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a institutudan bildirilib. Konfransı açan Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə vurğulayıb ki, Azərbaycan və türk xalqlarının fəlsəfi əlaqələri bu gün sadəcə elmi əməkdaşlıq çərçivəsində deyil, həm də ümumtürk mədəni-fəlsəfi kimliyinin formalaşması prosesində mühüm rol oynayır. Hər iki xalqın düşüncə tərzi keçmiş köklərdən qaynaqlanır: mənəviyyat, azadlıq, ədalət və milli varlıq ideyaları. “Müasir dövrdə bu ortaq fəlsəfi istiqamət təkcə regional deyil, həm də qlobal fəlsəfi məkanda türk sivilizasiyasının intellektual töhfəsini formalaşdırır. Bu baxımdan da Azərbaycan və türk fəlsəfələrinin inteqrasiyası gələcəkdə Türk dünyasının elmi və mədəni inkişafında strateji əhəmiyyət daşıyan bir mərhələ kimi qiymətləndirilir”, - deyə o qeyd edib.

Bildirilib ki, bu əlaqələr Türk dünyasının intellektual birliyini və gələcək mədəni strategiyasını formalaşdıran əsas sütunlardan biridir. Müasir Azərbaycan və türk fəlsəfi əlaqələri ortaq mədəni, tarixi və mənəvi dəyərlər üzərində formalaşır, həm də milli kimliyin fəlsəfi əsaslarının möhkəmləndirilməsi, Türk dünyasının mənəvi birliyinin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, tarix və ənənənin yeri bu kontekstdə vacibdir. Müasirlik bizdən yeni baxışlar tələb edərək, həm fəlsəfi, həm sosioloji, həm siyasi aspektdə ola bilər. Bu mərhələdə Azərbaycan və Türk dünyası ilə fəlsəfi əlaqələr yalnız ümumi mədəni yaxınlıqla məhdudlaşmır, həm də ortaq dünyagörüşün, milli kimliyin və türk fəlsəfi sisteminin formalaşmasına yönəlib.

Sonra (onlayn) Yıldırım Bayazit Universitetindən Mehtap Doğan, Əl-Fərabi adına Qazax Milli Universitetinin kafedra müdiri, professor Nagima Baytenova, tarix elmləri doktoru Eynulla Mədətli, Hacı Təpə Universitetinin Xarici əlaqələr şöbəsinin müdiri Anar Somuncuoğlu, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov çıxış ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri