Icma.az
close
up
RU
Müasir din təhsilinə həsr olunmuş beynəlxalq simpozium panel sessiyalarla davam edib

Müasir din təhsilinə həsr olunmuş beynəlxalq simpozium panel sessiyalarla davam edib

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Bakı şəhərində “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpozium oktyabrın 23-də panel sessiyalarla davam edib.

APA-nın xəbərinə görə, “Din təhsili və əxlaqi dəyərlər” mövzusunda panel sessiyası İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universiteti Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Vitriani Vitrianinin moderatorluğu ilə keçirilib.

Paralel davam edən “Dünyəvi dövlətdə din təhsili” adlı panel Ankara Yıldırım Beyazıt Universiteti İlahiyyat fakültəsinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Abdullah Demirin moderatorluğu ilə baş tutub.

Paralel davam edən “Din təhsilinə müxtəlif yanaşmalar” adlı panel Ankara Universiteti İlahiyyat fakültəsinin İslam məzhəbləri tarixi müəllimi, professor Sönmez Kutlunun moderatorluğu ilə keçirilib.

Panellərdə din təhsili sahəsindəki aktual məsələlər və çağırışlar geniş müzakirə olunub. Panel iştirakçıları din təhsilinin həm əxlaqi və mənəvi dəyərlərin formalaşmasındakı rolu, həm də dünyəvi cəmiyyətlərdə dini təhsilin hüquqi və sosial çərçivələrini müzakirə edərək, bu sahədəki təcrübələr və nəzəri yanaşmaları bölüşüblər. Həmçinin, müxtəlif mədəniyyətlərdə din təhsilinin tarixi və ənənəvi formaları ilə müasir tələblər arasındakı əlaqə və uyğunlaşma məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Simpozium panel sessiyalarla davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Oktyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri