Icma.az
close
up
RU
“Müasir din təhsili modelləri ənənələr və qlobal çağırışlar kontekstində” beynəlxalq simpozium

“Müasir din təhsili modelləri ənənələr və qlobal çağırışlar kontekstində” beynəlxalq simpozium

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 2 aprel, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə oktyabrın 22-23-də “Müasir din təhsili modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusunda beynəlxalq simpozium keçiriləcək.

İlahiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, simpoziumun məqsədi Azərbaycanda və dünyada din təhsili sahəsində mövcud vəziyyətin müzakirəsi, qarşıya çıxan problemlərin təhlili, onların həlli ilə bağlı təkliflərin irəli sürülməsinin təmin edilməsi, bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün platforma yaradılmasıdır.

Simpozium “Din təhsili: tarix, ənənə və müasirlik”, “Dünyəvi dövlətdə din təhsili”, “Din təhsili, tolerantlıq və multikulturalizm”, “Din təhsili və əxlaqi dəyərlər”, “Din təhsili modelləri”, “Postsovet məkanında din təhsili problemləri və perspektivlər”, “Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsində Ulu Öndər Heydər Əliyevin rolu”, “Prezident İlham Əliyev və Azərbaycanda din təhsili”, “Dini savadsızlığın yaranma səbəbləri, doğurduğu fəsadlar (dini fanatizm, xurafat, radikalizm, ekstremizm) və onlarla mübarizə üsulları”, “Ənənəvi və yeni mediada din təhsili”, “Süni intellekt və din təhsili” və digər mövzuları əhatə edəcək.

Simpoziuma tezislər və məqalələr Azərbaycan, türk, ingilis, rus və ya ərəb dillərində qəbul olunur. Müəlliflər tezisləri və ya məqalələri göndərmək üçün https://symposium.ait.edu.az/ saytında qeydiyyatdan keçib şəxsi kabinet yaratmalıdırlar. Tezislər və məqalələr yalnız sayt üzərindən qəbul edilir. Daxil olan tezislərin və məqalələrin dəyərləndirilməsi zamanı ikitərəfli anonim rəy prosesi tətbiq olunur.

Tezisləri mayın 26-dək göndərmək, məqalələri avqustun 29-dək təqdim etmək olar.

Konfrans haqqında ətraflı məlumat Azərbaycan İlahiyyat İnstitutunun saytında yerləşdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri