Icma.az
close
up
RU
Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş beynəlxalq simpozium

Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş beynəlxalq simpozium

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Astanada (Qazaxıstan) “Əcdadlar və sədalar: Türk musiqi alətlərinin hazırlanması ənənələri və müasir yanaşmalar” mövzusunda Beynəlxalq simpozium keçirilib. Simpozium Astanа şəhər Akimliyinin və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkil etdiyi “Dünya Musiqisi” (“Әлем Әуені”) Beynəlxalq İncəsənət Festivalı çərçivəsində baş tutub.
Bakupost.az xəbər verir ki, simpoziumun məqsədi türk xalqlarına məxsus musiqi aləti hazırlanması ənənələrinin hərtərəfli öyrənilməsi, qədim texnologiyalar ilə müasir innovativ yanaşmalar arasındakı əlaqələrin müəyyənləşdirilməsi, həmçinin ustalarla alimləri, ifaçılarla tədqiqatçıları bir araya gətirən elmi-praktik əməkdaşlıq platformasının yaradılması olub.
Simpoziumun açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova iştirakçılara müraciətlə ənənə ilə müasirliyin vəhdətinin yeni tədqiqatlara, texnoloji yanaşmalara və beynəlxalq elmi əməkdaşlığa geniş imkanlar yaratdığını diqqətə çatdıraraq simpoziumu bu sahədə mütəxəssisləri bir araya gətirən mühüm platforma kimi dəyərləndirib.
Daha sonra Fondun prezidenti simpoziumun plenar iclaslarında moderator qismində çıxış edərək iştirakçılara – Qazaxıstan Respublikası Parlamentinin Senat deputatı, akademik Darxan Kıdırali; Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Mədəniyyət Komitəsinin Sədri Erlan Dakenov; Astanа şəhəri akiminin müavini Eset Bayken; Qazaxıstan Respublikasının UNESCO və ICESCO işləri üzrə Milli Komissiyasının Baş katibi Janar Şaymenova; “Macar İrsi Evi”nin baş məsləhətçisi, Macarıstanın əməkdar artisti Akoş Qreqor – növbə ilə söz verib.
Simpozium çərçivəsində “Tək Səda: Türk musiqi alətlərinin araşdırılması və beynəlxalq əməkdaşlıq” adlı dəyirmi masa təşkil olunub. Müzakirədə türk xalqlarının musiqi irsinin tədqiqi və bu sahədə institusional əməkdaşlığın genişləndirilməsi istiqamətləri diqqət mərkəzində olub.
Tədbir zamanı Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə nəşr olunan “Türkdilli Ölkələrin Milli Musiqi Alətləri” kitabının təqdimatı keçirilib, nəşr böyük maraq doğurub. Dörd dildə hazırlanmış bu kitab türk musiqi irsinin beynəlxalq səviyyədə tanıdılması və elmi cəhətdən sistemləşdirilməsi baxımından əhəmiyyətli mənbə kimi yüksək dəyərləndirilib.
Simpoziumun yekunu olaraq tədbir iştirakçıları tərəfindən türk xalqlarının musiqi aləti hazırlığı irsinin qorunması, tədqiqi və gələcək nəsillərə ötürülməsi ilə bağlı birgə Qətnamə qəbul edilib. Sənəddə musiqi alətlərinin vahid elmi bazasının yaradılması, ənənəvi ustalıq məktəblərinin sistemli şəkildə araşdırılması, təhsil proqramlarında musiqi aləti hazırlanmasına dair xüsusi kursların tətbiqi, eləcə də rəqəmsal arxivləşdirmə, 3D modelləşdirmə və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi kimi prioritet istiqamətlər vurğulanıb.
Qətnamə eləcə də türk musiqi irsinin YUNESKO və İSESKO çərçivəsində beynəlxalq səviyyədə daha geniş tanıdılması üçün ortaq təşəbbüslərin inkişaf etdirilməsini nəzərdə tutur və bu istiqamətdə Türk Xalqlarının Musiqi Aləti Ustalarının birgə Assosiasiyasının yaradılması imkanının araşdırılması barədə razılıq ifadə edir.




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Noyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri