Icma.az
close
up
RU
Müasir dövrün iqtisadi münasibətləri

Müasir dövrün iqtisadi münasibətləri

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

ABŞ-Azərbaycan əməkdaşlığında yeni səhifə açılır

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri ikitərəfli münasibətlərdə yeni səhifə açan  hadisə kimi xarakterizə oluna bilər. Cənab Vensin mətbuata bəyanatında səsləndirdiyi mühüm fikirlər dövlətlərimiz arasında iqtisadi münasibətlərin keyfiyyətini bir daha əks etdirməklə yanaşı, qarşıdakı mərhələdə geniş iqtisadi-investisiya layihələrinin icrasına başlanılacağına dair nikbin əminliyi ifadə edir. Bu, həm də ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi üçün çox vacib və fundamental proqramların anonsu kimi də dəyərləndirilə bilər. Bakı və Vaşinqton arasında qarşılıqlı, möhkəm etimada əsaslanan yeni anlaşmaların əldə olunması isə enerji, ticarət, investisiya, logistika, tranzit, “rəqəmsal iqtisadiyyat” quruculuğunun möhkəm arxitekturasının formalaşdığını əks etdirir.

Sadiq və etibarlı enerji müttəfiqi

İlk növbədə, iki dövlət arasında iqtisadi baxışların qətiyyətli dövrünün xarakterizə edən enerji əməkdaşlığı da yeni dövrə qədəm qoyur. ABŞ-ın Azərbaycanın etibarlı enerji müttəfiqidir. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”ndə ABŞ-ın “Chevron”, “ExxonMobil” neft şirkətləri təmsil olunub, SOCAR-la bir neçə neft yataqlarının istismarı ilə bağlı müqavilələr imzalanıb. Tərəflər arasında səmərəli iqtisadi kommunikasiya, eyni zamanda böyük bir regional-coğrafi arxitekturada dərin əməkdaşlıq alyanslarını formalaşdırıb.

Azərbaycan-ABŞ enerji tərəfdaşlığı həm də region və Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayan töhfəverici amildir. Ötən 30 ildə neft-qaz sahəsində beynəlxalq əhəmiyyətli layihələrin icra olunması, təşəbbüslərin dəstəklənməsi əməkdaşlıq imkanlarının hədsiz güclü potensialından xəbər verir. Vaşinqtonun güclü dəstəyi sayəsində Xəzər regioniun ətraf coğrafiyalarla tranzitləri möhkəmlənib, irimiqyaslı enerji layihələrinin həyata keçirilməsi, Şərq-Qərb enerji dəhlizlərinin formalaşması və BTC, TANAP, TAP kimi qlobal layihələrin ərsəyə gəlməsi mümkün olub. Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində Donald Trampın birinci prezidentlik dövründə verdiyi davamlı dəstək müstəsna rol oynayıb.

Hazırda SOCAR və “ExxonMobil” korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum”a əsasən, yeni əməkdaşlıq 30 illik enerji salnaməsinin uğurlu davamı sayıla bilər. Bu, Vaşinqtonun ən nəhəng neft korporasiyasının Azərbaycanda yeni fəaliyyət planlarına start verməsi, Azərbaycanın Xəzərdə formalaşdırdığı müasir enerji həmrəyliyi halqasının daha da genişlənməsinə töhfəsi və regionda trans-kontinental enerji habının yaranmasına sarsılmaz dəstəyi kimi xarakterizə edilə bilər.

Ümumiyyətlə, Azərbaycan regionda və qlobal miqyasda etibarlı enerji dövləti kimi yeni tərəfdaşlarlə birgə enerji ailəsinin cərgəsini genişləndirir. Cənab İlham Əliyevin vurğuladığı kimi hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir və boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur. Qazın nəql edildiyi 12 Avropa dövləti, 11-i NATO üzvü, ABŞ-ın müttəfiqidir.

Orta Dəhlizdə Azərbaycan və ABŞ-ın ortaq maraqları

Azərbaycan qlobal nəqliyyat-komminikasiya-logistika landşaftının ən nəhəng coğrafi tranziti olan Orta Dəhlizin ən etibarlı mərkəzlərindən birinə çevrilir, Şərq-Qərb istiqamətində daşınmaların tranzit qovşağı kimi beynəlxalq daşınmaların axıcılığını təmin edir. Bu gün beynəlxalq ticarət icması, ələxsus da ABŞ  Azərbaycanın bu geostrateji və coğrafi mövqeyinin əhəmiyyətliliyini nəzərə alaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun - TRIPP layihəsinin reallaşmasına xüsusi dəstək verir, daha güclü mövqelərə malik tranzit ölkəyə çevrilməyə çalışır. Eyni zamanda, TRIPP layihəsi Azərbaycanın iki hissəsini birləşdirərək, Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanın da kommunikasiya bağlantısına çevriləcək.

Süni intellekt, “rəqəmsal iqtisadiyyat” quruculuğunda yeni dövr

Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq formatı qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi və digər sahələri də əhatə edir. Ələxsus da, dördüncü sənaye inqilabının və süni zəka dövrünün tələbatlarına uyğun olaraq, startaplar, rəqəmsal texnologiyalar, innovasiyayönümlü sənaye layihələri, süni intellekt və “yaşıl iqtisadiyyat” transformasiya üzrə yaxından işləmək planları ön sırada dayanır. Vitse-prezident Cey Di Vensin vurğuladığı kimi ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq regionda daha möhkəm sülhə və əmin-amanlığa aparacaq. ABŞ-ın iş adamları üçün əlavə bazarlara çıxış yaranacaq. Müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq və bu, həmçinin perspektivlidir.

Süni intellekt mərkəzlərinin yaradılması ikitərəfli gündəliyin bir hissəsi olmaqla, Amerikanın aparıcı şirkətləri ilə işbirliyini təmin edəcək. Birgə layihələrə ABŞ-ın ölkəmizdə qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə də imkan yaradacaq. Bu, Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına dəstək olacaq. Bu kontekstdə ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın iqtisadi fəallığı deməkdir.

Beləliklə, 35 illik tarixi olan ABŞ-Azərbaycan münasibətləri öz strateji zirvəsinə çatmaqdadır. Prezident İlham Əliyev və Donald Trampın ortaya qoyduğu sarsımaz iradə və imzalanan sənədlər yaxın dost ölkələrin iqtisadi-ticari müttəfiqliyini möhkəmləndirməklə, çoxşaxəli əməkdaşlıqlara dərin zəmi yaradır.

ELBRUS CƏFƏRLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Fevral 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see354

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see332

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see279

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see276

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see237

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see204

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see200

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see196

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see189

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see180

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see176

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see155

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see150

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri