Icma.az
close
up
RU
Müasir dövrün qlobal təhdidi...

Müasir dövrün qlobal təhdidi...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fərdi Məlumatların Mühafizəsi Günüdür!

Şəxsi məlumatların toxunulmazlıq hüququ beynəlxalq hüquqda əsas insan hüquqlarından biri hesab olunur. Telekommunikasiya vasitələrindən, xüsusi ilə internetdən istifadənin artması və fərdi məlumatların mühafizəsini təhdid edən texnologiyaların sürətli inkişafı şəxsi həyatın toxunulmazlığı hüququ ilə bağlı narahatlıqların artmasına səbəb olub. Qlobal miqyasda olduğu kimi Azərbaycanda da bu sahədə qanunsuz və özbaşına müdaxilələrin mövcudluğu halları labüddür. Bu baxımdan şəxsi həyatın toxunulmazlığı hüququnun əhəmiyyətli komponenti hesab edilən fərdi məlumatların gizliliyinə dair hüquqların müdafiəsinin gücləndirilməsi strateji məqsədlərdən biridir.

44 yaşlı Konvensiya...

Yeri gəlmişkən, bu gün dünyada Beynəlxalq Fərdi Məlumatların Mühafizəsi Günü kimi qeyd olunur. İlk dəfə 1981-ci il yanvarın 28-də Avropa Şurası tərəfindən Strasburqda “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işləməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiya qəbul edilib. Fərdi Məlumatların Mühafizəsi Gününü qeyd etmək qərarı isə 2006-cı il aprelin 26-da Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən qəbul edilib. Bu tarixin qeyd edilməsində məqsəd geniş əhali kütləsinə şəxsi həyatın və fərdi xarakterli məlumatların mühafizəsinin vacibliyini xatırlatmaqdır. Azərbaycan isə sözügedən konvensiyaya 2010-cu il sentyabrın 1-dən qoşulub.

Artıq fərdi məlumatların kompyuter emalı vətəndaşlar üçün adi hala çevrilib. Bunlardan iş, inzibati rəsmiyyət, səhiyyə, alış-veriş, xidmət, səyahət sahələrini, internetdə naviqasiyanı və s. göstərmək olar. Məlumatların mühafizəsi şəxsi və ailə sirrini saxlamaq hüququnu müdafiə etmək, ifadə və vicdan azadlığı kimi digər əsas hüquqların həyata keçirilməsinin birinci dərəcəli şərtidir.

Yeni informasiya sistemi yaradıldı!

Bu günlərdə Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, ölkəmizdə “Milli Məkan Məlumatları” informasiya sistemi yaradılıb. Dövlət başçısının tapşırığına əsasən, İqtisadiyyat və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birlikdə “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, “Milli Məkan Məlumatları” informasiya sisteminin “Hökumət buludu”nda yerləşdirilməsini təmin edəcək. Eyni zamanda, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat sistemi infrastrukturunu dövlət informasiya ehtiyatları sistemlərinə inteqrasiyası ilə bağlı zəruri addımlar atacaq.

“Milli Məkan Məlumatları” informasiya sistemi rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin, habelə dövlət adından yaradılan publik hüquqi şəxslərin, eləcə də  büdcə təşkilatları bələdiyyələrin fəaliyyətini vahid informasiya blokunda birləşdirəcək. Məqsəd bütün bu qurumların fəaliyyəti ilə bağlı zəruri məlumatların bir mərkəzdə toplanması və emalının təmin edilməsi, bu yolla həmin təşkilatların gördüyü işlər barədə operativ və detallı informasiyaları cəmiyyətə təqdim etməkdir. Sistemin formalaşdırılmasının məqsədi dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də müvafiq sahə üzrə təhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir. Nəticədə bu müasir informasiya siyasətinin təşkili sayəsində dövlət təşkilatlarının fəaliyyətinin səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin əlçatanlığını təmin edəcək.

Məlumatlar Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunacaq

Milli Məkan Məlumatları sisteminin yaradılması, eyni zamanda, məlumatların emalı və saxlanmasında təkrarçılığın aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşımaqla, dövlət büdcəsindən bu sahəyə ayrılan pul vəsaitlərinin qənatəinə də imkan verəcək, həmçinin vəsaitlərin səmərəli idarə edilməsinə səbəb olacaq.

Milli məkan məlumatları üzrə xidmətlərin real vaxt rejimində, keyfiyyətli və operativ göstərilməsi üçün bütün zəruri rəqəmsal infrastrukturlar qurulacaq. Sistemin texniki-texnoloji infrastrukturu proqram təminatı, informasiya ehtiyatı və onun idarəetmə panelinə, telekommunikasiya qurğuları və kanallarına, ehtiyat nüsxələrə söykənəcək. Proqram təminatı və digər texniki vasitələr vətəndaş və biznes yönümlü həllər əsasında “Mobil Prioritetli Tərtibat” prinsipi ilə qurulacaq. Sistemin fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğuları və kanalları İqtisadiyyat Nazirliyinin struktur bölmələri tərəfindən formalaşdırılacaq.

Müvafiq təşkilatlar öz informasiyalarını sistemə Elektron Hökumət İnformasiya Sistemi üzərindən mübadilə etməklə həyata keçirəcək. Məlumatların təhlükəsizliyinin təmin edilməsi məqsədilə sistemin informasiya nüsxələri “Hökumət buludu”nda saxlanılacaq. Müvafiq qurumların sistemə daxil olması üçün rəqəmsal imza, o cümlədən elektron imza tələb olunur, bütün məlumatlar həmin rəqəmsal imzalarla rəsmiləşdiriləcək.

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Yanvar 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see207

Günəş tutulmasından fərqli görüntülər FOTOLAR

13 Avqust 2026 02:53see171

ABŞ ın Texas ştatında hərbi helikopter qəzasında 2 nəfər ölüb

13 Avqust 2026 03:06see171

Ulduz futbolçu ondan ötrü 1 ci arvadını boşayıb yenidən evlənib (Fotolar)

13 Avqust 2026 03:06see169

İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları

13 Avqust 2026 04:05see168

Nazir: ABŞ “Amerika Qalxanı” müttəfiqlərinin hərbi potensialının gücləndirilməsinə kömək etməyə hazırdır

13 Avqust 2026 05:12see168

“Apache” qəzaya uğradı Ölənlər var Video

13 Avqust 2026 04:14see167

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see165

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see164

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see163

Dünya çempionunun yolu haradı?

13 Avqust 2026 19:27see156

Əraqçidən ABŞ yə XƏBƏRDALIQ Ehtiyatlı olun

13 Avqust 2026 23:33see154

Tək yaşayan qadına hücum edən gənclə bağlı son qərar Məhkəmə

13 Avqust 2026 14:29see153

COVID 19 yenidən "dirildi" Bir həftədə 14 ölüm

13 Avqust 2026 23:06see152

BMT Baş katibinin ofisi bildirib ki, Quterreş Yaxın Şərqdəki vəziyyətə diqqətlə yanaşır

13 Avqust 2026 08:14see151

Maşınla vurulan piyada xəstəxanada öldü Foto

13 Avqust 2026 10:03see151

Fidan Liviyada böhrandan çıxış yollarını müzakirə edib

13 Avqust 2026 02:25see149

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see145

Avtomobillərin ev şəraitində şarj edilməsi nə qədər xərc tələb edir?

13 Avqust 2026 17:42see141

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri