Icma.az
close
up
RU
Müasir geosiyasi proseslərdə Azərbaycanın artan rolu ŞƏRH

Müasir geosiyasi proseslərdə Azərbaycanın artan rolu ŞƏRH

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Müasir beynəlxalq münasibətlər sistemi sürətlə dəyişən geosiyasi proseslər, yeni təhlükəsizlik çağırışları və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin formalaşması ilə xarakterizə olunur. Belə bir şəraitdə dövlətlərin beynəlxalq nüfuzu yalnız iqtisadi və hərbi güclə deyil, eyni zamanda onların siyasi iradəsi, diplomatik təşəbbüskarlığı və regional sabitliyə verdiyi töhfələrlə müəyyən edilir. Azərbaycan son illərdə həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində həm regionda, həm də beynəlxalq platformalarda etibarlı tərəfdaş və mühüm siyasi aktor kimi mövqeyini daha da möhkəmləndirmişdir. Prezident İlham Əliyevin 2026-cı il 4 may tarixində “Avropa Siyasi Birliyi”nin VIII Zirvə toplantısında videobağlantı vasitəsilə etdiyi çıxış da məhz bu reallığın növbəti təsdiqi oldu.

Dövlət başçısının çıxışında səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu strateji mövqeni, regional sülh gündəliyinə verdiyi töhfələri və gələcək inkişaf prioritetlərini aydın şəkildə ortaya qoydu. Prezident İlham Əliyev xüsusilə postmüharibə dövründə regionda yaranmış yeni siyasi reallıqların düzgün qiymətləndirilməsinin vacibliyini vurğulayaraq bildirdi ki, Azərbaycan artıq Cənubi Qafqazda sabitlik və əməkdaşlığın təşəbbüskar tərəfi kimi çıxış edir. Ölkəmiz müharibədən sonra revanşizm deyil, davamlı sülh və qarşılıqlı əməkdaşlıq yolunu seçərək regionun gələcək inkişafına xidmət edən mühüm addımlar atmışdır.
Azərbaycan tərəfindən Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində irəli sürülən təşəbbüslər, sülh müqaviləsinin hazırlanması ilə bağlı aparılan danışıqlar, nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə əlaqədar təkliflər ölkəmizin konstruktiv və məsuliyyətli siyasət yürütməsinin göstəricisidir. Rəsmi Bakı regionda qarşıdurma mühitinin aradan qaldırılması, iqtisadi inteqrasiyanın genişləndirilməsi və qarşılıqlı etimadın formalaşdırılması üçün ardıcıl siyasət həyata keçirir. Bu siyasətin mühüm nümunələrindən biri kimi, sülh gündəliyinin təşviqi məqsədilə Azərbaycanın 1990-cı illərin əvvəllərindən Ermənistana tətbiq edilmiş tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması xüsusi əhəmiyyət daşıyır. Bunun nəticəsində indiyədək Azərbaycan ərazisi vasitəsilə Ermənistana on minlərlə ton yükün daşınması ölkəmizin sülh prosesinə real dəstəyini və humanitar yanaşmasını nümayiş etdirir.
Bütün bunlar onu göstərir ki, Azərbaycan Cənubi Qafqazın gələcəyini qarşıdurmada deyil, əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərində görür. Hazırda regionun sabit və təhlükəsiz məkana çevrilməsi təkcə Azərbaycan üçün deyil, bütövlükdə Avropa və Asiya arasında siyasi-iqtisadi əlaqələrin inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz mühüm nəqliyyat və enerji dəhlizlərinin keçdiyi strateji coğrafi məkan kimi beynəlxalq münasibətlər sistemində xüsusi yer tutur. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri regionun iqtisadi potensialını artırmaqla yanaşı, dövlətlər arasında əməkdaşlığın dərinləşməsinə də xidmət edir.
Prezident İlham Əliyev çıxışında beynəlxalq münasibətlərdə ədalətli və obyektiv yanaşmanın vacibliyinə də xüsusi diqqət çəkdi. Dövlət başçısı bəzi Avropa institutlarının Azərbaycana münasibətdə ikili standartlardan çıxış etdiyini, ölkəmizə qarşı qərəzli və qeyri-obyektiv mövqe sərgilədiyini qeyd etdi. Bu yanaşma beynəlxalq hüququn əsas prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət anlayışına zidd olmaqla yanaşı, regionda davamlı sülhün formalaşdırılması prosesinə də mənfi təsir göstərir.
Xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi qurumların Azərbaycana qarşı qəbul etdikləri birtərəfli və reallığı əks etdirməyən sənədlər siyasi qərəzin açıq nümunəsi kimi qiymətləndirilir. Vətən müharibəsindən sonra Avropa Parlamenti tərəfindən ölkəmizə qarşı əsassız ittihamlarla müşayiət olunan çoxsaylı qətnamələrin qəbul edilməsi göstərir ki, bəzi dairələr regionda yaranmış yeni geosiyasi reallıqları qəbul etmək istəmir. Halbuki Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünü təmin etmiş və bölgədə yeni inkişaf mərhələsinin əsasını qoymuşdur.
44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər regionda tamamilə yeni siyasi və geosiyasi mənzərə formalaşdırdı. Müharibədən sonra Azərbaycanın təşəbbüsü ilə gündəmə gətirilən əməkdaşlıq platformaları, kommunikasiyaların bərpası və iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı layihələr Cənubi Qafqazın uzunmüddətli inkişafı üçün mühüm imkanlar yaradıb. Bu gün Azərbaycan yalnız öz milli maraqlarını təmin edən dövlət kimi deyil, eyni zamanda regionun ümumi təhlükəsizliyinə və rifahına töhfə verən məsuliyyətli ölkə kimi çıxış edir.
Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində prinsipial mövqeyi, sülh təşəbbüsləri və milli maraqlara əsaslanan müstəqil siyasəti ilə seçilir. Ölkəmiz bundan sonra da regionda davamlı sülhün təmin olunması, əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimada əsaslanan münasibətlərin formalaşdırılması istiqamətində ardıcıl fəaliyyətini davam etdirəcək. Bu siyasət isə Cənubi Qafqazın gələcəkdə sabit, təhlükəsiz və iqtisadi cəhətdən inkişaf etmiş bölgəyə çevrilməsində əsas amillərdən biri olacaq.

İsa Məmmədov
YAP Babək rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 May 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri