Icma.az
close
up
RU
Müasir qadınların ailə qurmaqdan geri durmasının səbəbləri Psixoloq AÇIQLADI

Müasir qadınların ailə qurmaqdan geri durmasının səbəbləri Psixoloq AÇIQLADI

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Morgan Stanley"in araşdırmasına əsasən, 2030-cu ilə qədər 25-44 yaş aralığında olan qadınların yarısının subay və övladsız qalacağı proqnozlaşdırılır. Buna səbəb kimi qadınların karyera yüksəlişi və iqtisadi müstəqilliyə üstünlük verməsi göstərilir.
Araşdırmada həmçinin vurğulanır ki, boşanan qadınların sayı artır və onların çox az hissəsi ikinci dəfə ailə qurur.

Qadınların ailə yerinə karyeranı seçməsinin psixoloji səbəbləri və nəticədə yaranan yalnızlığın təsirləri nələrdir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Nizami Orucov bildirdi ki, müasir qadınların ailə qurmaqdan geri duraraq karyeraya fokuslanmasının arxasında əsasən özünü reallaşdırma ehtiyacı, emosional bağlılıqdan çəkinmə, müstəqillik arzusu və keçmiş münasibət travmaları dayanır:

"Artıq bir çox qadın yalnız ana və həyat yoldaşı rolu ilə kifayətlənmək istəmir, şəxsiyyət kimi tanınmaq, bacarıqlarını göstərmək və özünü ifadə etmək istəyir. Keçmişdə yaşanan xəyanət, etibarsızlıq və ya emosional laqeydlik yaxın münasibətlərə qarşı qoruyucu divarlar qurmağa səbəb ola bilər. Bu divarlar onu incinməkdən qoruyur, amma eyni zamanda yaxınlıqdan da uzaq saxlayır. Müstəqil qərarlar vermək və azad yaşamaq arzusu isə münasibətləri risk kimi göstərə bilər".

Psixoloq qeyd etdi ki, bu seçimlər qadında zamanla yalnızlıq hissi, mənasızlıq, emosional aclıq və özünü günahlandırma kimi narahatlıqlar yarada bilər.

"Sosial müqayisələr, başqalarının ailə həyatı qurduğunu görmək “yarımçıq qalmaq” hissini gücləndirə bilər. Beləliklə, bu həyat tərzi həm güc, həm də qorunma ehtiyacının bir ifadəsidir", - deyə o, əlavə etdi.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 İyul 2025 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see319

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see189

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see151

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri