Icma.az
close
up
RU
Müasir qul bazarı 10 min dollara satılan İNSANLAR

Müasir qul bazarı 10 min dollara satılan İNSANLAR

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İnsan hüquqları sahəsində əldə edilən nailiyyətlərə baxmayaraq, XXI əsrdə belə, insan alveri dünyanın bir çox ölkəsində gizli şəkildə davam edir. Rəsmi statistikalar və beynəlxalq təşkilatların hesabatları göstərir ki, “müasir qul ticarəti”, yəni insan alveri əsasən Asiya, Şərqi Avropa və Orta Şərq regionlarında geniş yayılıb.

Bu bazarlar rəsmən mövcud olmasa da, qeyri-qanuni şəbəkələr vasitəsilə insanların əmək istismarı və cinsi istismar məqsədilə alınıb-satıldığı “gizli bazarlar” formalaşıb.

Bəs bu insan alveri harada və necə reallaşır?

Sfera.az rəsmi məlumatlara istinadən, qul bazarları ilə bağlı araşdırma yazısını təqdim edir.

 Asiya ölkələri

(Xüsusilə Hindistan, Banqladeş, Pakistan, Nepal) ölkələri dayanır. Bu ölkələrdə əsasən kasıb təbəqədən olan qadınlar və uşaqlar istismara məruz qalır. Uşaq əmək qüvvəsi üçün xüsusilə Hindistan böyük bir mənbə hesab olunur. İnsanlar ya borca görə, ya da aldadılaraq uzaq bölgələrə aparılır və orada “sahiblərinə” satılır.


Cənub-Şərqi Asiya və Çin

Cinsi istismar üçün satılan qadınlar arasında Çindən, Vyetnamdan və Filippindən olanlar çoxdur. Əmək istismarı üçün isə Myanmar və Kambocadan olan miqrantlar əsas hədəfdir. Bəzən bu insanlar 200-300 ABŞ dollarına qədər alınıb-satılır.

Yaxın Şər

BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər kimi ölkələrdə əsasən ev işləri üçün gətirilən qadınlar və tikinti sahəsində çalışan kişi işçilər pasportları alındıqdan sonra faktiki olaraq “qul” kimi istismar olunurlar. Onlara əmək haqqı ödənilmir və geri qayıtmaq imkanları olmur.


Şərqi Avropa və Balkanlar (Moldova, Ukrayna, Albaniya)

Bu ölkələrdən isə qadınlar əsasən Qərbi Avropaya cinsi istismar məqsədilə aparılır. İnsan alveri şəbəkələri qadınları “iş və ya evlilik” vədləri ilə aldadaraq aparır və sonra sənədlərini əlindən alaraq məcburi işlərə cəlb edirlər.

Bəs “Qiymətlər” necə formalaşır?

İnsan alverində qiymətlər şəxsin yaşı, cinsi, sağlamlıq durumu və istismar məqsədinə əsasən dəyişir. Misal üçün:

Gənc qadınlar cinsi istismar məqsədilə daha baha, yəni 3,000-10,000 ABŞ dollarına qədər satıla bilər. Uşaq işçilər 500-2,000 dollar arası “dəyər”lə satılır.
Ev işləri üçün qadınlar isə  1,000-3,000 dollar arasında dəyişən qiymətlərlə istismar edilir.

Bu “qiymət siyahısı”nı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar zamanı ələ keçirilmiş sənədlər və ifadələr üzə çıxarır. Bu sistemləri əsasən beynəlxalq cinayətkar qruplar idarə edir. Onlar sosial şəbəkələr, saxta agentliklər, ailəvi vasitəçilər və bəzən rüşvət qarşılığında dövlət strukturlarında əlaqələri olan şəxslərlə fəaliyyət göstərirlər. Bu “gizli qul bazarları” yalnız fərdlərin yox, bütün cəmiyyətlərin təhlükəsizliyini təhdid edir. Hər bir fərd bu cinayətə qarşı məlumatlı və həssas olması vacibdir, çünki susqunluq da bir iştirakdır.

Bəsti Rəfizadə
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:389
embedMənbə:https://sfera.az
archiveBu xəbər 02 May 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri