Icma.az
close
up
RU
Müasir tibb və əsəb xəstəliklərinin çıxılmazlığı

Müasir tibb və əsəb xəstəliklərinin çıxılmazlığı

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Əsəb xəstəlikləri bu gün dünya üzrə milyonlarla insanın həyatını iflic edən bir problemdir. Psixiatriya və nevrologiya bu xəstəliklərin simptomlarını idarə etməyə çalışsa da, köklü sağalma hallarına nadir rast gəlinir.

Müalicə üçün yaradılan ruhi-əsəb dispanserləri, adətən, xəstəni sadəcə “kontrol altında” saxlamaq məqsədi daşıyır. İllərlə müalicə alan xəstələr yenə də eyni vəziyyətdə qalır və cəmiyyətə faydalı bir fərd kimi geri dönə bilmir.

Bu çıxılmazlığın səbəbi tibb elminin xəstəliyin enerji mənşəyini nəzərə almamasıdır. Əsəb xəstəlikləri beyində kimyəvi maddələrin pozulması ilə deyil, insanın enerji bədənində baş verən disbalans və yığılıb qalmış neqativ enerji ilə bağlıdır.

Əsəb xəstəliklərinin əsl səbəbi  neqativ enerji yüklənməsidir

İnsan sadəcə maddi bir varlıq deyil. Onun görünməz enerji təbəqəsi – aura – bütün psixoloji vəziyyətinə və orqanizmin işinə təsir göstərir.

Əsəb xəstəlikləri adətən aşağıdakı enerjilərin yüklənməsi ilə yaranır:

Uşaq yaşlarında alınan psixoloji travmalar

Ailə daxilindəki zorakılıq və konfliktlər

Daxili vicdan əzabı və özünü günahlandırma

Sevgisizlik, təhqir və ruh düşkünlüyü

Sosial izolyasiya və məqsədsizlik

Ətraf aləmdən ötürülən digər neqativ enerji dalğaları 

Bu neqativ enerjilər insanın enerji bədənində qara ləkələr, bloklanmış meridianlar və pozulmuş informasiya sahəsi yaradır. Bu zaman nə dərman, nə də psixoloji terapiya kömək edir. Çünki problemin əsli görünməyən səviyyədə – efir qatında yerləşir. 

Efir enerjisi ilə sağalma – Elmi-lədun yanaşma

Efir enerjisi kainatın ilkin enerjisidir. Maddəni, canı və şüuru yaradan, yaşadan və bir-birinə bağlayan qüvvədir. Bu enerji doğru metodla yönləndikdə, insanın enerji sahəsindəki pozuntuları düzəldir və beyin öz sağlam funksiyalarına qayıdır.

Efir müalicəsində istifadə etdiyim metodlar:

Bədənin enerji nöqtələrinin aktivləşdirilməsi

Neqativ enerjinin diaqnozu və çıxarılması

Efir enerjisinin fokuslanmış şəkildə qəbul etdirilməsi

Təbii elementlər – su, torpaq, hava ilə rezonans bərpası

Bu üsullarla onlarla əsəb və psixoloji xəstəliyi olan insanın sağaldığını öz praktikamda müşahidə etmişəm. Bəziləri uzun illər dispanserdə olmuş, bəziləri ağır depressiya, panik atak və ya şizofren diaqnozu almış şəxslər idi.

Əsəb sistemi – insanın anteni və ruhun ifadəsi

Onurğa sütunu və sinir sistemi insanın informasiya antenidir. Ruh aləmi ilə maddi bədən arasında keçid rolunu oynayır. Bu sistemdəki hər blok – həm fiziki, həm də enerji səviyyəsində pozulmaya səbəb olur.

Efir enerjisi ilə bu sistemin elektromaqnit nizamı bərpa olunduqda, insanın zehni aydınlaşır, daxili səslər kəsilir, qorxu və narahatlıq aradan qalxır.

Dispanserlər nə üçün sağaltmır?

Ən vacib sual budur: niyə dispanserlərdən heç kim sağalmır?

Cavab sadədir – çünki problemin səbəbi dərmanla yox, enerji ilə təmizlənməlidir.

Dərman yalnız beyin funksiyalarını süni şəkildə ləngidir və xəstəni “mexaniki şəkildə” idarə edir. Ruh isə qaranlıqda qalır, enerjidə dəyişiklik olmur.

Nəticə: Yeni yanaşmaya ehtiyac var

Əsəb xəstəliklərini sağaltmaq üçün insanı yalnız maddi bədən kimi deyil, enerji və ruh varlığı kimi görmək lazımdır.

Efir enerjisi vasitəsilə təmizlənmiş və tarazlanmış enerji sahəsi psixoloji xəstəliklərin sağalmasında açar rol oynayır. Gələcəyin psixiatriyası, heç şübhəsiz, enerji tibbinin içində formalaşacaq.

Paşa Yaqub
Tibb elmləri üzrə mütəxəssis, psixoterapevt, elmi-lədun bilicisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 İyul 2025 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri