Icma.az
close
up
RU
Ağciyər xəstəliklərinin müasir diaqnostikası və müalicə üsulları müzakirə olunub

Ağciyər xəstəliklərinin müasir diaqnostikası və müalicə üsulları müzakirə olunub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən təşkil edilən Ümumdünya Ağciyər Sağlamlığı Gününə həsr edilmiş beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransda ağciyər xəstəliklərinin müasir diaqnostikası, müalicə üsulları, elmi yeniliklər və beynəlxalq əməkdaşlığın inkişafı mövzuları müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, çıxışı zamanı ağciyərin insan orqanizmində həyati vacib orqan olduğunu deyən səhiyyə nazirinin müavini Nadir Zeynalovun sözlərinə görə, təmiz hava ilə nəfəs almaq, daha sağlam ağciyərlərlə yaşamaq uzun ömür sürməyə imkan verir. O, vətəndaşların ağciyər xəstəlikləri, onun səbəb və nəticələri ilə bağlı maarifləndirilməsi tədbirlərinin tibb işçilərinin üzərinə düşdüyünü qeyd edib: "Ekoloji amillər, tütünçəkmə kimi zərərli vərdişlər ağciyərlərin sağlamlığına təsir edir. Səhiyyə işçilərinin görə biləcəkləri işlərdən başqa, tibbi tədbirlər də var. Bunlardan biri ağciyər xəstəliklərinin erkən diaqnostikasıdır. Digər məsələ inhalyasyon dərmanların əlçatanlığıdır. Bir çox ağciyər xəstəliklərinin müalicəsində istifadə olunan həmin dərmanlar effektiv olsalar da, qiyməti çox bahadır. Onların əlçatanlığında müəyyən çətinliklər var. Ona görə də bu istiqamətdə işlər görməliyik".

Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov çıxışı zamanı bu ilin ən vacib tədbirlərindən birinin Milli Məclisdə vərəmlə mübarizəyə həsr edilən dinləmənin keçirilməsi olacağanı vurğulayıb.

Deputatın sözlərinə görə, bu, bir daha göstərir ki, parlament səhiyyənin inkişafına davamlı olaraq dəstək göstərməyə hazırdır: "İstənilən sahədə əldə olunan uğurlar ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi altında həm sosial, həm iqtisadi, həm də humanitar istiqamətdə inkişafının bariz nümunəsidir. Xüsusilə səhiyyəmizin inkişafında uğurlar göz qarşısındadır. Milli Məclis səviyyəsində də davamlı olaraq qanunvericilik bazasının təkmilləşdirilməsi, vərəmlə mübarizədə lazım olan tədbirlərin görülməsi üçün işlər aparılır. Müvafiq qurumların gördüyü işlərlə bərabər, Milli Məclis də tələb olunan bütün qanun dəyişikliklərini etməyə hazırdır".

Azərbaycanda ağciyər xəstəlikləri ilə mübarizə sahəsində inkişaf olduğunu deyən Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva bildirib ki, vərəmlə mübarizədə görüləcək işlərin yüksək səviyyəyə çatdırılması, xidmətin təkmilləşdirilməsi üçün layihələr həyata keçirilir. Qeyd olunub ki, həmin məqsədlə 32 kənd həkim məntəqəsinin istifadəyə verilməsi nəzərdə tutulur. Vərəmlə mübarizə tədbirlərinə innovasiyalar və yeniliklər daxil edilib: “Burada gizli aşkarlanma, erkən diaqnostika, güclü qanunvericilik, dayanıqlı idarəetmə və multisektoral yanaşma olmalıdır. Vərəmlə mübarizə aparmaq üçün normativ hüquqi aktlar güclü olmalı, qanunvericilik günün tələblərinə cavab verməlidir. Sosial xidmətlər vərəm xəstələri üçün əlçatan olmalı, tibb işçilərinin sosial təminatı gücləndirilməlidir. Sevindiricidir ki, vərəmlə mübarizədə nailiyyətlər əldə olunub. Ölkəmizdə MDB məkanında ilk və tək beynəlxalq statuslu Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq mərkəzi açılıb. Bu günə qədər ölkəmizin vərəmlə mübarizə təcrübəsini 23 ölkədən 200-dən çox mütəxəssis öyrənib”.

TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov vərəmlə mübarizənin dünyada aktual problemlərdən biri olduğunu, Ümumdünya Səhiyyə Təşkilatının, bir çox təşkilat və dövlətlərin səylərinə baxmayaraq, gündəlik 4000-4500 xəstənin həmin xəstəlikdən həyatını itirdiyini, onlardan 600-700-nün uşaqlar olduğunu diqqətə çatdırıb: “Bu, problemin miqyasını göstərir, bizi daha əzmlə və mütəşəkkil çalışmağa sövq edir”.

Ölkəmizdə vərəmlə mübarizə tədbirlərindən bəhs edən A.İsrafilov müsbət nəticələrin də müşahidə edildiyini bildirib: "Sumqayıtda xəstələrin dərmanları birbaşa evlərinə çatdırılır və videokonfrans vasitəsilə qeydə alınır. Bu da yoluxmanın qarşısının alınması üçün çox önəmlidir. Müayinələrin yerlərdə profilaktik qurğularla aparılmasını planlayırıq. Xəstəliyin aradan qaldırılmasında mütəşəkkillik çox vacibdir".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova 2021-ci ildən ölkə ərazisində icbari tibbi sığortanın tətbiq edildiyini və bu gün də prosesin uğurla davam etdiyini bildirib: "Bu gün xidmətlər zərfində 3315-dən artıq xidmət mövcuddur ki, onlar arasında ağciyər xəstəliklərinin müayinəsi, müalicəsi və profilaktikasına aid xidmətlər də yer alıb".

Tədbir təqdimatlar və mövzular ətrafında müzakirələrlə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Oktyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see177

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see175

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see131

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri