Müavinət və təqaüd artımı gözləyənlər üçün SEVİNDİRİCİ XƏBƏR
Icma.az bildirir, News24 portalına istinadən.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi minimum əməkhaqqı, bəzi sahələrdə əməkhaqları ilə yanaşı, yaxın aylarda sosial müavinətlər və təqaüdlərin də artırılacağını açıqlayıb.
News24.az-ın məlumatına görə, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamı çərçivəsində icra edilən yeni sosial islahat paketi minimum pensiyanın da yüksəldilməsini təmin edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, Nazirlər Kabineti üç ay ərzində müvafiq təkliflər və maliyyə qiymətləndirilməsini hazırlayaraq dövlət başçısına təqdim edəcək: "Mart ayının ikinci yarısında bu proses yekunlaşacaq və nəticədə sosial müavinət və təqaüdlərdə artımlar müşahidə olunacaq".
Xatırladaq ki, sosial müavinət və təqaüdlərin artırılması əhalinin rifahına birbaşa təsir göstərəcək. Xüsusilə aztəminatlı ailələr, pensiyaçılar və əlilliyi olan şəxslər üçün bu dəyişiklik maddi vəziyyətin yaxşılaşmasına səbəb olaacaq. Artımlar alıcılıq qabiliyyətinin yüksəlməsinə və daxili bazarda istehlak xərclərinin artmasına gətirib çıxaracaq.
Qeyd edək ki, yeni qanuna əsasən, 2025-ci il fevralın 1-dən etibarən minimum pensiya məbləği 280 manatdan 40 manat artırılaraq 320 manata çatdırılıb. /baku.ws
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 09 Fevral 2025 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















