Icma.az
close
up
RU
MÜBAHİSƏLİ QƏRARIN PƏRDƏARXASI... Deputat bir, ekspert başqa fikirdədir

MÜBAHİSƏLİ QƏRARIN PƏRDƏARXASI... Deputat bir, ekspert başqa fikirdədir

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda avqustun 1-dən etibarən kartdan-karta köçürmələrə yeni limitlər tətbiq olunub. Gündəlik əməliyyat sayının 5-lə məhdudlaşdırılması və aylıq 20 min manatlıq limitin müəyyən edilməsi cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Bildirilir ki, dəyişikliklərin məqsədi maliyyə əməliyyatlarında təhlükəsizliyi və şəffaflığı artırmaq, həmçinin dələduzluq və qanunsuz maliyyə dövriyyəsinin qarşısını almaqdır. Bununla yanaşı, yeni qaydaların gündəlik istifadəçilərə və sahibkarlara təsiri də maraq doğurur.

Bəs bu limitlər vətəndaşların rahatlığını məhdudlaşdıracaq, yoxsa maliyyə təhlükəsizliyini gücləndirəcək? Kartdan-karta köçürmələrə tətbiq edilən 5 əməliyyat limiti gündəlik istifadə üçün kifayət edirmi? Bu məhdudiyyətlər dələduzluq hallarını azaltmağa real təsir göstərə bilərmi?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, kartdan-karta köçürmələrə limitlərin tətbiq edilməsinin bir sıra məqsədləri var.

Onun sözlərinə görə, kartdan-karta ödənişlər bəzi hallarda sahibkarların vergidən yayınmasına şərait yaradırdı: “Vətəndaş hər hansı məhsul və ya xidməti alır, ödənişi kart vasitəsilə həyata keçirmək istəyirdi. Lakin bəzi hallarda POS-terminalın işləmədiyi bildirilir və ya müxtəlif bəhanələr gətirilirdi. Nəticədə vətəndaşa kartdan-karta köçürmə etməsi təklif olunurdu. Bu isə təbii olaraq vergidən yayınma hallarına səbəb olurdu. Məqsəd məhz bu halların minimuma endirilməsi və nəzarətin gücləndirilməsidir.

İkinci məqsəd isə dələduzluq hallarının qarşısının alınmasıdır. Çünki haker hücumları nəticəsində vəsaitlərin bir kartdan digər karta köçürülməsi halları baş verir və nəticədə vətəndaşın kartındakı pul vəsaiti oğurlanır”.

Deputat qeyd edib ki, bu baxımdan tətbiq edilən məhdudiyyətlər maliyyə təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir: “Nəzərə alsaq ki, aylıq limit 20 min manatdır, bu məbləğ praktik olaraq orta aylıq əməkhaqqından təxminən 20 dəfə çoxdur. Yəni limit əslində yüksəkdir. Bu da o deməkdir ki, vətəndaşların böyük əksəriyyəti kartdan-karta köçürmələri həmin limit çərçivəsində rahat şəkildə həyata keçirə biləcək. Gündəlik əməliyyat limitinin tətbiqi isə, qeyd etdiyim kimi, təhlükəsizliyin artırılmasına xidmət edir.

Bununla yanaşı, təklif edirik ki, birinci dərəcəli yaxın qohumlar arasında həyata keçirilən kartdan-karta köçürmələrə bu limitlər tətbiq edilməsin. Çünki bəzi hallarda yaxın qohumlar arasında müxtəlif səbəblərdən daha böyük məbləğdə vəsait köçürülməsinə ehtiyac yarana bilər.”

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov da mövzu ilə bağlı saytımıza açıqlama verərək fikirlərini bölüşüb.


Onun sözlərinə görə, məqsədin səmimi olduğuna inanır. Lakin qeyd edir ki, sivil ölkələrdə bu məqsədə limitlərin tətbiqi ilə deyil, rəqəmsal monitorinq sistemi vasitəsilə nail olunur: “Belə ki, həmin ölkələrdə hər bir vətəndaş ildə bir dəfə gəlirlərini və onların mənbəyini bəyan edir. Buna görə də kartdan-karta köçürmə yolu ilə daxil olan vəsaitlərlə bəyan edilmiş gəlirlər arasında uyğunsuzluq aşkar edilərsə, vətəndaş məsuliyyətə cəlb olunur. Azərbaycanda isə hətta məmurlar da gəlirlərini bəyan etmirlər. Halbuki bunu tələb edən qanun 2005-ci ildən qüvvədədir. Məhz buna görə də ölkəmizdə çirkli pulların yuyulmasına qarşı mübarizə effektiv deyil. Vətəndaş banka əmanət yerləşdirəndə, avtomobil və ya mənzil alanda, yaxud başqasına pul köçürəndə ondan vəsaitin mənbəyi soruşulsa, istənilən cavabı verə bilər. Məsələn, deyə bilər ki, “babamdan qalıb”. Sivil ölkələrdə isə belə cavab qəbul edilmir. Çünki hər bir vətəndaş hər il əmlakı və gəlirləri barədə bəyannamə təqdim edir.

Hazırda tətbiq olunan limitin, eləcə də illər əvvəl xarici valyuta alışına qoyulan illik 20 min manatlıq limitin eyni səbəbi var. Məmurlar gəlirlərini bəyan etmək istəmədikləri və “kölgə” qaydada işləməyə davam etdikləri üçün sıravi vətəndaşları “ağ” maliyyə qaydalarına alışdırmaq məqsədilə primitiv və kobud alətlərdən istifadə olunur.”

Ə.Həsənov bildirib ki, seçilmiş üsulun özü də bazar iqtisadiyyatı prinsiplərinə uyğun deyil: “Necə yəni Mərkəzi Bank banklarla razılığa gəlib? Deməli, banklar könüllü şəkildə öz fəaliyyətlərinə məhdudiyyət qoyublar? Eyni vəziyyət xarici valyuta alışına tətbiq edilən illik 20 min manatlıq limitdə də müşahidə olunur. Guya bu məhdudiyyəti banklar öz təşəbbüsləri ilə tətbiq ediblər. Axı hansı normal kommersiya qurumu dövriyyəsini azaldacaq qərarı könüllü qəbul edər?

Normal bazar iqtisadiyyatı şəraitində, xüsusilə vətəndaşların hüquqlarına təsir edən bu cür məhdudiyyətləri kommersiya qurumları deyil, dövlət müəyyənləşdirir. Buna görə də belə limitlər qanunvericilikdə öz əksini tapmalıdır.

Şübhəsiz ki, bu limitlər əhalinin böyük hissəsi üçün ciddi problem yaratmayacaq. Çünki insanların əksəriyyətinin aylıq 20 min manatlıq dövriyyəsi və ya gün ərzində beş dəfə köçürmə etmək ehtiyacı yoxdur. Lakin bu məhdudiyyətlər vergidən yayınmağa çalışan bəzi şəxslər üçün müəyyən çətinlik yaradacaq. Məsələn, mikrosahibkar müştərilərindən ödənişləri hər dəfə öz kartına qəbul edə bilməyəcək. Amma bu problemi qismən yaxınlarının – ailə üzvlərinin və ya dostlarının kartlarından istifadə etməklə həll edə bilər. Ən asan çıxış yolu isə ödənişləri nağd şəkildə qəbul etməkdir.

Ən mənfi tərəfi də məhz budur. Dövlət özü insanları nağd ödənişlərə qayıtmağa təşviq edir. Halbuki indiyədək dövlət nağdsız əməliyyatları izləyə bilirdi. Bundan sonra isə limiti aşan ödənişlər sadəcə nağd şəkildə həyata keçiriləcək və dövlət bu əməliyyatları görə bilməyəcək. Məqsədimiz doğrudanmı budur?”

Ekspert sonda vurğulayıb ki, tətbiq olunan limitlər vicdanlı vətəndaşların da hüquqlarını məhdudlaşdırır: “Məsələn, təsəvvür edin ki, bu ay hansısa şəxs mənə 25 min manat borcunu qaytarmalıdır. Niyə həmin məbləği kartdan-karta köçürə bilməsin? Sadəcə aylıq 20 min manat limiti olduğu üçün? Sivil ölkədə belə ödənişlərin həyata keçirilməsində heç bir problem olmamalıdır. Dövlət yalnız vəsaitin mənbəyi və əməliyyatın mahiyyəti ilə maraqlana bilər. Gəlir bəyannamələrinin tətbiq olunduğu ölkələrdə bunu araşdırmaq çətin deyil. Lakin Azərbaycanda kölgə iqtisadiyyatının əsas səbəblərindən biri məhz məmurların gəlirlərinin qeyri-şəffaf olmasıdır. Belə şəraitdə effektiv nəzarət mexanizmi qurmaq mümkün deyil. Qeyri-şəffaf insanlar cəmiyyətə şəffaflıq dərsi keçirlər. Nəticədə isə sadəcə nağd pul dövriyyəsi artacaq.”

Oğuz Ayvaz

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Avqust 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see305

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see268

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see249

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see249

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see246

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see235

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see219

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see216

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see213

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see213

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see213

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see212

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see212

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see202

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see201

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see200

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see199

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see195

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see190

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri