Icma.az
close
up
RU
Mübarizə meydanında yağının kabusuna çevrilən Musa ŞƏRH

Mübarizə meydanında yağının kabusuna çevrilən Musa ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Zəfər şəhidi Musa Əsgərovun 39 yaşı tamam oldu.

Musa Əlifağa oğlu Əsgərov İkinci Qarabağ müharibəsində canını Vətənə fəda etməklə qərinələr boyunca gələcək nəsillərə örnək olacaq bir tarix yazıb. O, doğma Azərbaycana ürəkdən bağlanmışdı, vətəninin hər qarışını çox sevirdi. Onu mübarizə meydanında yağı düşmənin kabusuna çevirən də bu ilahi istək olub.

Vətənin yaşaması naminə son damla qanınacan vuruşub 23 yaşında şəhadətə yüksəlmiş Musa indi təkcə doğulduğu Cəlilabad rayonunun Sabirabad kəndinin deyil, böyük bir xalqın övladıdır. Dövlət tərəfindən layiq görüldüyü "Vətən uğrunda", "İgidliyə görə" və digər medalları isə Musanın odun-alovun içində necə hünər göstərdiyinə bir nişanədir.

Musa hələ uşaq yaşlarında hərbçi olmağa qərar vermişdi. Dərslərini yaxşı oxumaqla bərabər, idman yarışlarında da həmişə fərqlənirdi. 2014-cü ildən isə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olan M. Əsgərov 2018-ci ildə oranı fərqlənmə ilə başa vurub.

Musa leytenant rütbəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində hərbi xidmətə düşmənə ən yaxın mövqelərdən - Qazaxdan başlayıb. Xidməti boyunca iştirak etdiyi təlimlərdə bir qayda olaraq nizam-intizamı, peşəkarlığı həmişə ona uğur qazandırıb və Musa qısa vaxtda baş leytenant rütbəsinə yüksəlib. Elə bu rütbə ilə sentyabrın 27-də başlayan Vətən savaşında düşmənin kabusuna çevrilib.

Murovdağ yüksəkliyi istiqamətində ermənilərin qurduğu onlarla pusqu və maneələri dağıdaraq hədəfə yaxınlaşan zabit Cəbrayıl, Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə böyük rəşadət göstərib. Neçə-neçə ağır sınaqlarda yağıya qan udduran Musa 27 oktyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan artilleriya mərmisinin partlayışı nəticəsində aldığı çoxsaylı qəlpə yaralarından şəhid olub.

Şəhid anası Sevda xanım deyir ki, Musa Vətəni hər şeydən üstün bilirdi, onun yolunda şəhid olmağı özünə şərəf sayırdı: "Arzusuna çatdı, mən də şəhid anası kimi onunla qürur duyuram. Ölümündən sonra qardaşının oğlu dünyaya gəldi. Onu da məhz Musa kimi vətənpərvər böyüdəcəyəm".

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Fevral 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri