Icma.az
close
up
RU
“Mücahid ömrü: Məhəmmədsadıq Aran” kitabı təqdim olundu (FOTO)

“Mücahid ömrü: Məhəmmədsadıq Aran” kitabı təqdim olundu (FOTO)

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sosial Tədqiqatlar Mərkəzində (STM) Elməddin Behbudun nəşrə hazırladığı "Mücahid ömrü: Məhəmmədsadıq Aran” kitabının təqdimat mərasimi keçirildi. Bu, Xalq Cümhuriyyəti dönəmində parlamentdə Zəngəzur qəzasını təmsil etmiş yazıçı, jurnalist, mühacir Məhəmmədsadıq Aran haqqında çap olunmuş ilk kitabdır.

QHT.az xəbər verir ki, təqdimatı giriş sözü ilə açan STM-in media və kommunikasiya departamentinin müdiri Əziz Əlibəyli bildirdi ki, ötən yüzillikdə baş verən hadisələrin mahiyyətinə və xronologiyasına nəzər saldıqda diqqət mərkəzində ən mühüm tarixi hadisə kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dayanır. Həmin iyirmi üç aylıq hakimiyyət bütün xarici təhdidlərə baxmayaraq, bir daha dünyaya azərbaycanlıların dövlət qurmaq bacarığını və hökmünü göstərib. Əziz Əlibəyli AXC dövründə və 1920-ci ilin aprelindən sonra dünyanın müxtəlif ölkələrinə səpələnərək yenidən müstəqillik uğrunda mübarizə aparan dəyərli ziyalılarımızdan biri olan Məhəmmədsadıq Aran haqqında kitabın nəşrini mühüm hadisə adlandırdı.

Cümhuriyyət dövrünün tədqiqatçıları professor Ədalət Tahirzadə, Əli Şamil və Dilqəm Əhməd M.Aranın Çar Rusiyası, Azərbaycan Cümhuriyyəti və mühacir həyatı yaşadığı dövrlərdəki fəaliyyətinin əsas istiqamətləri, tükənməz mübarizə əzmi və əqidəsinə bağlılığı barədə faktlar söylədilər.

"Məncə, sovet imperiyası dağılan kimi bu kitab çap olunmalı idi. Digər tərəfdən düşünürəm ki, o dövrdə mənim kimi müəlliflər bu kitabı yazsaydı, sovet senzurası çox hissələri çıxarardı”, – deyən Əli Şamil qeyd etdi ki, Məhəmmədsadıq Aran milli mücadilə tariximizdə böyük rolu olan şəxsiyyət idi.

Millət vəkilləri Hikmət Babaoğlu, Məlahət Həsənova, Vüqar İsgəndərov M.Aranın mübarizliyindən və əsərlərindəki milli ruhdan bəhs etdilər.

Kitabı nəşrə hazırlayan Elməddin Behbud əsərin çapı və təqdimat mərasiminin təşkilinə verdikləri dəstəyə görə başda Zahid Oruc olmaqla, STM-in kollektivinə təşəkkürünü bildirərək dedi ki, bu nəşrdə M.Aranın mühacirət dönəmindəki çoxsaylı yaradıcılıq nümunələrinin bir qismi – "İran türkləri”, "Ergenekon yolları” olmaqla iki kitabı və onlarla məqaləsi ilk dəfə olaraq Azərbaycan dilinə uyğunlaşdırılıb və oxucuların ixtiyarına verilib.

Tədqiqatçı Nazir Əhmədli, STM-in sektor müdiri Əfqan Vəliyev, "Füyuzat” jurnalının rəhbəri Mübariz Yunus və digərləri kitabın Azərbaycan Cümhuriyyəti və mühacirət dövrünün öyrənilməsi baxımından qiymətli mənbə olduğunu vurğuladılar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Yanvar 2025 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see436

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see202

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see180

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see166

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see163

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see156

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see152

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see151

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri