Icma.az
close
up
RU
“Mücahid Ömrü: Məhəmmədsadıq Aran” kitabının təqdimatı keçirildi

“Mücahid Ömrü: Məhəmmədsadıq Aran” kitabının təqdimatı keçirildi

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə “Mücahid Ömrü: Məhəmmədsadıq Aran" kitabının təqdimatı təntənəli şəkildə baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin “Zəfər” zalında keçirilən tədbirə tanınmış ziyalılar, alimlər, ədəbiyyat xadimləri, media nümayəndələri və gənc tədqiqatçılar qatılıblar.

Təqdimat zamanı Məhəmmədsadıq Aranın həyat yolu, ictimai-siyasi fəaliyyəti və Azərbaycanın milli-mədəni irsinə verdiyi əvəzsiz töhfələr geniş şəkildə müzakirə edilib.

Çıxış edən siyasi xadim və tədqiqatçılar Məhəmmədsadıq Aranın ömür yolu və mübarizələrindən bəhs edərək, onun milli kimliyin formalaşmasında oynadığı mühüm rolu vurğulayıblar.

Kitabda Məhəmmədsadıq Aranın yazdığı əsərlər, məqalələr, çıxışlar və digər ədəbi irsi toplanıb ki, bu da oxuculara onun zəngin mənəvi irsi ilə tanış olmaq imkanı yaradır. 

Bu əsər, eyni zamanda, Azərbaycanın milli mübarizə tarixini öyrənmək baxımından dəyərli bir mənbə kimi qiymətləndirilib.

Çıxış edən qonaqlar Məhəmmədsadıq Aranın çoxşaxəli fəaliyyətinin gələcək nəsillər üçün bir nümunə olduğunu qeyd edərək, onun irsinin qorunub saxlanılmasının və geniş ictimaiyyətə çatdırılmasının əhəmiyyətini vurğulayıbar. 

Tədbirin sonunda qonaqlara kitab hədiyyə edildi və suallar ətrafında maraqlı müzakirələr aparılıb.

Sosial Tədqiqatlar Mərkəzi bu cür layihələrlə Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətini daha yaxından tanıtmaqda mühüm rol oynayır və gələcəkdə də bu istiqamətdə fəaliyyətlərini davam etdirmək niyyətindədir.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:250
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Yanvar 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri