Icma.az
close
up
RU
Müctəba Xamenei ilə bağlı elə bir iddia yayıldı ki… KONKRET

Müctəba Xamenei ilə bağlı elə bir iddia yayıldı ki… KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaxın Şərqdə artan gərginlik fonunda İranın ali siyasi rəhbərliyi ilə bağlı yayılan xəbərlər yenidən informasiya gündəminin mərkəzinə çevrilib. Xüsusilə, Müctəba Xameneinin taleyi ilə bağlı səsləndirilən ziddiyyətli iddialar beynəlxalq mediada geniş müzakirə olunur, rəsmi açıqlamalarla qeyri-rəsmi məlumatlar arasında ciddi fərqlər diqqət çəkir. Bəziləri onun sağ və fəaliyyətini davam etdirdiyini bildirir, digərləri isə ağır xəsarət aldığı və ya öldürüldüyü iddialarını gündəmə gətirir.

Bəs bu məlumatlar nə dərəcədə doğrudur və gerçəklik harada bitir, informasiya müharibəsi harada başlayır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Elşən Manafov bildirib ki, İran rəhbərliyinin sağlamlıq durumu haqqında yayılan xəbərlər informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirilməlidir:

“İranın ali siyasi rəhbərliyi ilə bağlı mətbuatda və KİV-lərdə yer alan məlumatlar ziddiyyətlidir. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani (Bəqai) onun sağ olduğunu və dövlətə rəhbərlik etdiyini bildirib. Digər tərəfdən, Donald Tramp da mediaya açıqlamasında Xameneinin sağ olduğunu, lakin ciddi xəsarət aldığını qeyd edib.”

Politoloqun sözlərinə görə, Rusiyanın İrandakı səfiri də Xameneinin sağ olduğunu və ölkədə idarəetmənin normal şəkildə davam etdiyini vurğulayıb. Bu isə göstərir ki, yayılan ölüm xəbərləri daha çox dezinformasiya xarakteri daşıya bilər.

“Vaşinqtonun “idarə olunan xaos” strategiyasını tətbiq etməklə İranın müqavimət imkanlarını sarsıtmaq və onu məğlubiyyətə sürükləmək niyyəti açıq görünür. Bu kontekstdə belə xəbərlərin yayılması psixoloji və informasiya təzyiqi vasitəsi kimi istifadə olunur. Eyni zamanda, regionda gərginliyin artması, xüsusilə Hörmüz boğazı ətrafında baş verən hadisələr qlobal enerji bazarına və ərzaq təhlükəsizliyinə də ciddi təsir göstərir”.

Politoloq vurğulayır ki, İranın dövlətçilik institutları kifayət qədər oturuşmuş mexanizmlərə malikdir və idarəetmə yalnız bir şəxsdən asılı deyil:

“İran böhranlı vəziyyətlərdə belə işlək dövlət sisteminə sahibdir. Bu baxımdan, tək bir şəxslə bağlı yayılan xəbərlərin ölkənin ümumi idarəetmə qabiliyyətinə həlledici təsir göstərəcəyi inandırıcı deyil.”

Nəticə etibarilə, Müctəba Xameneinin öldürülməsi ilə bağlı iddiaların təsdiqlənmiş faktlara söykənmədiyi, daha çox informasiya müharibəsinin elementi kimi ortaya atıldığı ehtimal olunur.

Ekspert belə həssas mövzularda yalnız rəsmi və təsdiqlənmiş mənbələrə istinad etməyi tövsiyə edir.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 Aprel 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri