Müctəba Xamenei əməliyyat otağında Görüntüsü yayıldı
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran yeni dini lideri Müctəba Xameneinin ilk dəfə görüntüsü yayılıb.
Bakupost.az Unikal-a istinadən xəbər verir ki, görüntülər həm liderin uzun müddət ictimaiyyətdən uzaq qalması ilə bağlı çoxsaylı fərziyyələrdən sonra, həm də içindəki detallara görə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.
Belə ki, İran mediasında dərc olunan görüntülərdə Müctəba Xameneinin hərbi rəsmilərin müşayiəti ilə əməliyyat otağına girdiyi görünür. Videoda ən diqqət çəkən element otaqdakı böyük ekrandır. Bu ekranda İsraildəki Dimona nüvə reaktoru ilə əlaqəli olduğu deyilən görüntülər və koordinat məlumatları göstərilir.
Bu detal İranın İsrailin nüvə infrastrukturunu birbaşa hədəf ala biləcəyinə dair bir mesaj kimi şərh edilib.
Ekspertlər hesab edirlər ki, video sadəcə "görüntülərin paylaşılması" deyil, həm də psixoloji və strateji mesaj daşıyır. İsrailin İranın nüvə obyektlərinə keçmiş hücumları nəzərə alınmaqla, Tehranın Dimonanı hədəf alması "qisas siqnalı" kimi şərh olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 06 Aprel 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















