Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları rüşvət almaqda ittiham olunur KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rüşvət almaqda, dələduzluq və digər ağır cinayətlərdə ittiham olunan Eyvaz Orucalı oğlu Niftalıyev və Ramis Mürsəl oğlu Hümmətovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
E.Niftaliyev deyib ki, ziyanı ödəmək istəyir:
“Artıq dörd aydır həbsdəyəm, heç kimim, yanına gələn də yoxdur. Ona görə də barəmdə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyirəm”.
Dövlət ittihamçısı Rauf Malışov təqsirləndirilən şəxsin vəsatətinin təmin olunmamasını istəyib.
Zərərçəkmişlər isə ziyanın ödənilməsini tələb ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 05 İyun 2025 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















