Icma.az
close
up
RU
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Fevralın 3-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin videokonfrans formatında iclası keçirilib.

XQ xəbər verir ki, komitə sədri Arzu Nağıyev gündəliyə bir məsələnin – “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsinin daxil edildiyini söyləyib.

Bildirilib ki, preampula, 9 fəsil və 68 maddətən ibarət olan Konvensiya informasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən cinayətlərlə mübarizədə dövlətlər arasında əməkdaşlığı gücləndirmək, ağır cinayətlərə dair elektron sübutların toplanması, mübadiləsi və mühafizəsi üçün vahid hüquqi mexanizm formalaşdırmaq məqsədilə hazırlanıb. Bununla belə, Konvensiya kibercinayətkarlıqla mübarizənin yalnız milli səviyyədə deyil, həmçinin beynəlxalq hüquqi yardım, ekstradisiya və operativ qarşılıqlı əlaqə mexanizmləri vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.

Daha sonra iclasda iştirak edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid Konvensiyanın təsdiqinin hüquqi dövlət quruculuğu, insan hüquqlarının müdafiəsi və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıblar. Qeyd olunub ki, Konvensiya müasir dövrdə kibercinayətkarlıqla bağlı bütün halları özündə ehtiva edir.

Müzakirələrdə komitənin sədr müavini Qüdrət Həsənquliyev, üzvləri Hikmət Məmmədov, Qaya Məmmədov, Gülşən Paşayeva, Rizvan Nəbiyev  təqdim olunan sənədlə bağlı öz fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

Sonra iclasda iştirak edən Milli Kibertəhlükəsizlik Mərkəzinin nümayəndələri Orxan Abdulkərimli və Elvin Balacanov qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Sonda qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda komitənin üzvləri Kamal Cəfərov, Azər Kərimli, Ramid Namazov, Səbinə Salmanova, Elman Məmmədov, Samir Vəliyev, Mahir Süleymanlı, Aqil Abbasov, Aydın Mirzəzadə, Erkin Qədirli və digər rəsmi şəxslər iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Fevral 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri