Icma.az
close
up
RU
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında 3 məsələ müzakirə edilib

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında 3 məsələ müzakirə edilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Arzu Nağıyev gündəliyə 3 məsələnin daxil olunduğunu bildirib.

O, ilk növbədə, 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, sessiya dövründə komitənin 11 iclası keçirilib, ümumilikdə 27 məsələyə baxılıb və 11 qanun layihəsi müzakirə olunub.

Bildirilib ki, 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan ümumilikdə 351 ərizə daxil olub. Onlardan 283-ü müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına göndərilib, digər müraciətlər isə komitədə araşdırılıb və qanunvericilik təşəbbüslərinin hazırlanmasında nəzərə alınıb.

Sonra Arzu Nağıyev Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2025-ci il payız sessiyası üçün iş planının layihəsini təqdim edib. Bildirilib ki, sessiya dövründə qanunvericilik təşəbbüsü əsasında təqdim olunmuş qanun layihələrinin müzakirəsinin aparılması, komitənin səlahiyyət dairəsinə daxil olan mövzular üzrə dinləmələr təşkil olunması, bununla yanaşı, aidiyyəti qurumlardan daxil olan təkliflərin araşdırılması, vətəndaş müraciətlərinə baxılması nəzərdə tutulur.

Komitə sədri daha sonra “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsinin birinci oxunuşu barədə məlumat verib. Arzu Nağıyev diqqətə çatdırıb ki, bu qanun Azərbaycan Konstitusiyasının 94-cü maddəsinə əsaslanaraq, daxili qoşunların fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Sənəddə daxili qoşunların vəzifə və səlahiyyətləri, idarə olunma prinsipləri, həmçinin ölkənin konstitusiya quruluşunun, suverenliyinin, ictimai asayiş və təhlükəsizliyinin qorunmasındakı rolu əksini tapıb. Bildirilib ki, təklif olunan yeni qanun layihəsinin qəbulu ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və daxili sabitliyin təmin edilməsi baxımından zəruridir.

Müzakirələr zamanı komitə sədrinin müavini, üzvləri çıxış ediblər, təqdim olunan sənədlər barədə öz fikir və qeydlərini açıqlayıblar.

İclasda Azərbaycan Respublikası daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı Şahin Məmmədov, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi Fazil Quliyev çıxış edərək sualları cavablandırıblar, təkliflərlə bağlı fikirlərini bildiriblər.

Müzakirələrin sonunda komitənin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib, qanun layihəsi isə birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri