Icma.az
close
up
RU
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib.

APA-nın xəbərinə görə, komitə sədri Arzu Nağıyev gündəliyə 3 qanun layihəsinin daxil edildiyini bildirib.

Komitə sədri gündəliyin birinci məsələsi olan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsi (üçüncü oxunuş) barədə diqqətə çatdırıb ki, layihə Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin hüquqi, iqtisadi, sosial və təşkilati əsaslarını müəyyən edir. O, qanun layihəsinin humanitar minatəmizləmə fəaliyyətinə aid olduğunu, onun hərbi əməliyyatlar başa çatdıqdan sonra mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirildiyini vurğulayıb. Arzu Nağıyev sənədin əvvəlki oxunuşlarda geniş müzakirələrdən keçdiyini qeyd edib, müzakirələrdə qaldırılan məsələlərə münasibət bildirib.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov, agentliyin idarə rəisi Elnur Qasımov deputatların əvvəlki oxunuşlarda qanun layihəsi ilə bağlı qaldırdıqları məsələlərə izahat veriblər, münasibətlərini bildiriblər.

Qanun layihəsinin müzakirəsində komitə sədri Arzu Nağıyev, komitə sədrinin müavini Qüdrət Həsənquliyev, deputatlar Hikmət Məmmədov, Pərvanə Vəliyeva, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, şöbənin İnzibati qanunvericilik sektorunun müdiri Kamalə Paşayeva çıxış ediblər. Onlar qanun layihəsinin ölkəmizin təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədi ilə aparılan mina əleyhinə fəaliyyətin həyata keçirilməsində əhəmiyyətindən danışıblar, bu sahədə beynəlxalq standartların tətbiqi, qabaqcıl təcrübənin öyrənilməsi, istifadə olunan əsas anlayışların mənaları və digər məsələlərlə bağlı fikirlərini bölüşüblər, rəylərini səsləndiriblər.

Gündəliyin ikinci məsələsi olan “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı bildirilib ki, sənəd "Minatəmizləmə fəaliyyəti haqqında" qanun layihəsinin 7-ci maddəsində nəzərdə tutulan müddəadan irəli gələrək hazırlanıb.

Gündəliyin üçüncü məsələsi olan “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi isə 19 dekabr 2023-cü il tarixdə qəbul edilmiş “Dövlət ehtiyatları haqqında” Qanunun icrası ilə əlaqədar hazırlanıb. Belə ki, dövlət ehtiyatlarının yaradılması, istifadə edilməsi və bərpası qaydası “Dövlət ehtiyatları haqqında” Qanunla tənzimləndiyi üçün layihədə bu ifadənin "Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Qanundan çıxarılması təklif olunub. Həmçinin “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanunda da müvafiq anlayışların uyğunlaşdırılması nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Dekabr 2024 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri