Icma.az
close
up
RU
Gələcəyə hesablanmış qərar

Gələcəyə hesablanmış qərar

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nihad Pənahov,

YAP Tovuz rayon təşkilatının sədri

Azərbaycan dilinin hərtərəfli inkişaf etməsi və zənginləşməsi, onun dövlət dili statusunu qazanması, gündəlik həyatda, beynəlxalq münasibətlər, dünya diplomatiyası sahəsində tətbiqi Ulu Öndər Heydər  Əliyevin yorulmaz və çoxşaxəli fəaliyyətinin nəticəsi olmuşdur. Məhz ana dili məsələsində Ümummilli Liderin prinsipiallığı və qətiyyəti sayəsində Azərbaycan Respublikasının 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olması haqqında 73-cü maddə daxil edilmişdir.  O dövrdə milli dilə Konstitusiya səviyyəsində dövlət dili statusu vermis üç keçmiş sovet respublikasından biri Azərbaycan idi. Bu, uzaqgörən tarixi addım Ümummilli Liderin ana dilinə dövlətçilik münasibətinin  və siyasi qətiyyətinin parlaq ifadəsi idi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni belə  redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur. Bu fikri böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.  Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Ulu Öndər, həmçinin, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixində Fərman imzalamışdı. Bu sənədə   əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, bununla bərabər, dil millətin simasını səciyyələndirən amillərdən biridir. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü, inkişafı ilə birgə yaranır, tərəqqi edir. İnsanın təkamülündə ana dilinin rolu böyükdür. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən Ümummilli Lider Heydər Əliyev onu da əlavə etmişdir ki, öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Dahi şəxsiyyətin Azərbaycan gənclərinin qarşısında qoyduğu əsas vəzifələrdən biri dilimizi  öyrənmək, onu yad təsirlərdən qorumaq idi. Digər dillərin də öyrənilməsi vacib amil kimi önə çəkilirdi. Amma ana dilini öyrənmək  əsas çağırış idi. Ulu Öndər bildirmişdir ki,  müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməli, azərbaycançılığı-Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini inkişaf etdirməlidir. Son 21 ildən artıq dövrdə Ümummilli Lider  Heydər Əliyevin  siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dilinin inkişafı, gənclərimizin azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Aprel 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayın istisində yeməli və uzaq durulmalı qidalar

09 İyul 2026 04:04see336

Sovetski də yeni söküntü başlanacaq İcra başçısı kompensasiyanın məbləğindən danışdı

09 İyul 2026 05:46see304

Zeytun aptekləri cərimələndi DƏRMANI QİYMƏTİNDƏN BAHA SATIRMIŞ

09 İyul 2026 03:49see304

Arıqlamaq üçün ən faydalı süd məhsulu: Kimlər içə bilər?

09 İyul 2026 02:30see297

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see282

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see271

Üçüncü Dünya müharibəsinin olacağı ehtimalı yüksəkdir

09 İyul 2026 08:18see240

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see229

İsveçrə 72 ildən sonra 1/4 finalda Tarixi uğur

08 İyul 2026 03:58see219

ABŞ li həkimdən eşitmənin yaxşılaşması ilə bağlı vacib məsləhət (Video)

09 İyul 2026 06:07see215

Qatlanan “iPhone”u gözləyənlərə pis xəbər: Satışa məhdud sayda çıxacaq

09 İyul 2026 05:23see194

Cokoviç Böyük Dəbilqə turnirlərində yeni rekorda imza atıb

08 İyul 2026 05:04see190

Geosiyasi gərginlik fonunda neft qiymətləri yüksəldi

08 İyul 2026 06:27see190

Hazırda İran şəhərləri... Video

09 İyul 2026 01:47see188

UFC döyüşçüsü Azərbaycanda keçirilən turnirdə qələbədən sonra aldığı hədiyyəsini nümayiş etdirib FOTO

09 İyul 2026 01:56see176

Qonşu ölkələr turistlərdən milyon qazanır

08 İyul 2026 16:59see162

Bruno Gimarayeş “Arsenal”a keçmək istədiyini bildirib

09 İyul 2026 03:12see160

Çin Rusiyanı “sökür”..?

08 İyul 2026 18:08see152

1/4 finalın son cütü bəlli oldu Argentina İsveçrə

08 İyul 2026 03:04see152

Sibiqa: Ukrayna artıq Rusiyaya zərbələr üçün heç kimdən icazə almayacaq

08 İyul 2026 05:00see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri