Icma.az
close
up
RU
Müəllif qəhrəmanın travmatik əzablarını dərinləşdirsəydi... Elnarə Akimova

Müəllif qəhrəmanın travmatik əzablarını dərinləşdirsəydi... Elnarə Akimova

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Elnarə Akimovanın "Hekayə diskurs kimi: "Abyssalis" yazısını təqdim edir.

Orxan Həsəninin "Abyssalis" hekayəsi ağrı və işarələri dərində gizlənən mətndir. Tale süjetində simvol və arxetiplər yetərincədir.

Fəlsəfi-bədii havasını bəlkə də Ziqmund Freydin ata kultuna bağlamaq olar.

Uşaqlıq travması, yaddaş faktoru, qəmli, ümidsiz xatirələr, psixoloji depressiyalar və s.

Ata tərəfindən atılıb, ana dəlixanada özünü asıb, keçmiş boşluq, gələcək yoxluq içində. Oğulun atası ilə söhbəti əsnasında məlum olur ki, atası da öz keçmişi, atası üçün darıxır, heçlik arasında var-gəl edir.

Orxan Həsəninin üslubunda ən mühüm çalar dilimizin poetik imkanlarından uğurla yararlanması, qəhrəmanlarının daxili aləmini təmkinli və ifadəli oyun tərzi ilə açmasıdır.

Dil vasitələri xarici effekt və təəssürat yaratmaqdan daha çox xüsusi məntiqi gücü olan dəlil və əsaslara çevrilir. Bu hekayədə də yazıçı həmin keyfiyyəti qorumağa çalışır.

İlk baxışda qəhrəmanın ömür məkanının üfüqlərində daha ata obrazına yer yoxdur: "Atam məni çağıranda, açığı, təklifini qəbul etmək istəmədim. Bütün bunlar nəyə lazımdır? Dedi, gəl, görüşək, danışaq, ancaq nə danışacağıq? Hər şey uzun zaman öncə danışılıb qurtarıb".

Amma gedişat zamanı aydın olur ki, hələ bağlar diridir. Qəhrəmanı dəniz kənarına, atası ilə görüşə gətirən, hər situasiyada özü ilə atası arasında oxşarlıqlar qurmağa vadar edən içindəki o bağlılıqdır.

Onun metaforik-simvolik yaddaşında keçmişlə bağlı hər şey yüksək işlənmə dərəcəsinə malikdir. Bütün mətn boyu yaddaş köhnə yara kimi sızıldayır:

"Bütün dünyanı gəzib ayaqdan saldım, bu sahili və bu şəhəri həmişə özümlə gəzdirdim.

- Səni bura yaddaşından başqa heç nə bağlamır.

- Bəyəm yaddaş elə-belə şeydir?".

Elə qəhrəmana da əzab verən xatirələri, keçmişidir. Atası ilə dialoqunda, ona hər baxdığında işə düşən yaddaş elementləri daxili səsin köməyi ilə açılır. Bu daxili səs addımbaşı obrazın düşüncəsində, davranış və ruhunda əks-səda verir: "Birinci görüşdə qarnının böyük olduğunu hiss eləməmişəm. Özünü bəyaz polo klassik geyiminin altında yaxşı gizləmişdi. Nə deməli? Gizlənməyi yaxşı bacarır".

Orxan Həsəninin nəsr dili üçün xarakterik olan məziyyətlərdən biri də ən minimal parçalarda situativ məqamlara vurğu etməsidir.

O məqamlar ki, konkret ünsiyyət məzmunundan əlavə obrazın keçmişi ilə uğurla motivlənirlər: "Çiyinləri ağır bir yük daşıyırmış kimi çöküb. Qocalıq özünü yavaş-yavaş bədənində büruzə verir. Cavanlıq şəklini görməmişəm deyə, nə vaxtsa cavan olduğunu təsəvvür eləmək çətindir".

Bu hekayə əslində, qəhrəmanın öz taleyinə mövqeyini müəyyənləşdirən məna strukturlarının açılması deməkdir. Mətndə üç yaş senzini simvolizə edən - uşaqlıq, gənclik və qocalıq qarşılaşdırılır, qurulan və dağıdılan qəsr - ümidlərin ovulub tökülməsi, görüş - ayrılıq, dondurma istəyi - ölümün mistik işarəsi kimi hər biri məchulluğa müncərdir. Bəlkə də real olan yazıdır ki, qəhrəman da bunu (ölümsüzlüyü!) seçməklə ömür mətnini əbədiləşdirməyə çalışır: "- Axı yazmağa dəyən nəyin var?

Doğrudanmı, danışmaq istədikləri bunlar idi?

- Anam özünü dəlixanada asdı. Yazmağa dəyən şeyim budur".

Amma müəllif qəhrəmanın travmatik əzablarını, daxili konfliktini dərinləşdirsəydi, daha iri planlarla, psixoloji rakurs və mizanlarla ötürməyə çalışsaydı psixoloji effekt yaradardı.

Halbuki atasının soyuqluğu, biganəlik altında gizlənən iztirabları daha toxunandır və təhtəlşüura birbaşa işləyir.

Hekayədə refren kimi verilən öskürək səsləri çox yaxında olan ölümün müjdəçisi kimi mənalanır. Bəlkə öz "qəzavü-qədəri" atasının ürəyinə damdığına görə oğlunu dondurma almağa göndərir (ölüm ayağında olan öz atası da ondan dondurma istəmişdi).

Geri qayıdan qəhrəman uşaqların qurduğu qəsrin dağıdıldığını görür. Bu dağılma yaşanmamış uşaqlığın, yarımçıq qalmış duyğuların, ovulub tökülmüş arzuların rəmzi olaraq modelləşir.

Əməkdar artist Yadigar Muradovun vəziyyəti açıqlandı Elşad Baratın "İkinci ömür"ünün təqdimatı keçirildi "ARB"nin binasını 2.5 milyona satmaq istəyənlərlə bağlı məhkəmə qərarı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 Oktyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri