Icma.az
close
up
RU
Müəllim dar köynək, dar şalvar, qısa ətək, sinəsi açıq paltarla məktəbə gəlməməlidir Millət vəkili

Müəllim dar köynək, dar şalvar, qısa ətək, sinəsi açıq paltarla məktəbə gəlməməlidir Millət vəkili

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Samux rayonunun Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbin pedaqoji kollektivi yeni tədris ilindən etibarən vahid geyim formasına keçib. 

Bu, gələcəkdə bütün ölkə üzrə tətbiq oluna bilərmi?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, bu müzakirələri neçə gündür izləyir.

Onun sözlərinə görə, Azərbaycanda müəllimlər həmişə rəsmi geyiniblər.

"Müəllimlər hər zaman geyimlərində rəsmiyyəti qoruyublar və bu gün də, xüsusilə orta və yaşlı nəsil səliqəli, rəsmi geyimə üstünlük verir. Mən düşünürəm ki, müəllimlərin vahid geyim formasına keçməsinə ehtiyac yoxdur. Çünki bu gün dünyada da belə bir praktika mövcud deyil. Sadəcə müəllimlərin rəsmi və səliqəli geyinməsinə diqqət yetirilməlidir".

C.Məmmədov qeyd etdi ki, müəllim dar köynəklə, dar şalvarla məktəbə gəlməməlidir:

"Qısa ətəkli, sinəsi açıq paltar geyinməməlidir. Toy paltarı ilə məktəbə gəlməməlidir. Bu məsələləri məktəb rəhbərliyi tənzimləməlidir. Əslində məktəblərdə bu həmişə tənzimlənib, rəhbərlər də nəzarət ediblər. Təəssüf ki, bu gün bəzi tədbirlərdə və sosial şəbəkələrdə bu cür geyimlərə rast gəlirik. Bu, həqiqətən narahatlıq doğurur və anlaşılan deyil. Ona görə də biz müəllimlərimizə tövsiyə edirik ki, geyimlərinə diqqət etsinlər. Müəllim nümunədir. Şagird müəllimə baxaraq geyim tərzini formalaşdırır. Təsəvvür edin ki, yuxarı sinif şagirdlərinə dərs deyən müəllim qısa və ya dar paltarda gəlir. Yuxarı sinif şagirdləri artıq müəyyən mənada həddi-buluğa çatmış, çox şeyi dərk edən gənclərdir. Bu isə onların psixologiyasına, düşüncəsinə təsir göstərə bilər. Ona görə də hər bir müəllim öz geyiminə nəzarət etməli, diqqətlə seçməlidir. Məktəblər də buna ciddi nəzarət etməlidir ki, belə problemlər yaşanmasın".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Sentyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri