Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Müəllim işləyənlər magistratura təhsilli olmalıdır SƏBƏB

Müəllim işləyənlər magistratura təhsilli olmalıdır SƏBƏB

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Biz müəllimlik ixtisası üzrə təhsil alanların ən mükəmməl şəkildə daha dərin biliklər almasında maraqlı olmalıyıq. Təhsilimizin keyfiyyətinin aşağı düşməsində başlıca faktorlardan biri müəllim faktorudur. Müəllimlərin sertifikasiyaya cəlb olunmasından sonrakı dövrü müşahidələr göstərdi ki, ən aşağı nəticə göstərənlər ibtidai sinif müəllimləri arasında oldu".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti İlqar Orucov müəllimlərin magistratura təhsilli olmasının vacibliyi barədə danışarkən bildirdi.

Onun sözlərinə görə, həmin müəllimlərin bitirdikləri təhsil müəssisələri daha çox kolleclər idi:

"Zamanında kolleclərdə təhsil almış ibtidai sinif müəllimlərimizin bilik səviyyəsi, peşəkarlığı göründüyü kimi kifayət qədər deyil. Təhsil adamı olaraq özüm bunu bilirdim. Zamanında kolleclərdə qəbul zamanı qanunsuzluqlar, qeyri-sağlam mühit olması bu hallara gətirib çıxarıb. Kollecdə təhsil alan müəllimlər daha sonra məktəblərə üz tutublar. Bunun nəticəsində ibtidai təhsil keyfiyyətsizləşdi. Bu halların yaratdığı problemlər yuxarı siniflərdə özlərini göstərməyə başladı. Bəzən təhsilimizin beynəlxalq tələblər çərçivəsində formalaşdırılmasından danışırıq. Müxtəlif ölkələrdə ümumilikdə təhsilin keyfiyyətini şərtləndirən məqamlara diqqət yetiririk. Məsələn, biz Finlandiya təhsilini oturuşmuş təhsil olaraq qəbul edirik. Finlandiyanın orta məktəb təhsilinə nəzər saldıqda görürük ki, Finlandiyada müəllim peşəsində çalışanlar ən azı magistratura təhsilli insanlardır. O ölkələrdə müəllim olmaq istəyən şəxslərə tələblər kifayət qədər sərtdir. Rəqabət mühiti o qədər böyükdür ki, bakalavr təhsilli bir şəxs bilikləri ilə gedib müəllim işləyə bilmir. Müəllim işləyənlər ən azı magistr təhsilinə sahibdirlər".

Ekspert qeyd etdi ki, magistr təhsili bakalavr təhsilindən daha dərinləşdirilmiş bir təhsil formasıdır:

"Bakalavr təhsili ali təhsildirsə, magistr təhsili həm elmi tədqiqat, yaradıcılığı inkişaf etdirməkdir. Magistr təhsilli bir şəxs öz ixtisasını yaxşı bilməklə yanaşı, araşdırmalar apara bilir. Bu onu göstərir ki, uğurlu müəllim nə qədər savadlı, bilikli və ən azı magistr təhsilinə sahib olacaqsa, məktəblərdə çalışa biləcək. Həm rəqabət çox olacaq, həm müəllimlər yeniliklərə açıq olacaqlar. Eyni zamanda bu, məktəb təhsilinin yüksəlməsinə gətirib çıxaracaq. Xatırlayırsınızsa, Milli Məclisdə millət vəkili Siyavuş Novruzov çox haqlı bir irad bildirdi. Qeyd etdi ki, necə ola bilər, biz bir məzuna diplom veririk, bir müddətdən sonra onu imtahana cəlb edib, müəllim ixtisasına qəbul edirik. Mən də hesab edirəm ki, burada kifayət qədər təzad var. 2-3 ay öncə məzuna diplom sənədi verilir, sonrakı mərhələdə isə o, imtahandan keçə bilmir. Bu zaman ortaya çıxır ki, ali təhsil müəssisələrimizdə də kifayət qədər nöqsanlar və qüsurlar var. Bu onu göstərir ki, bizim universitetlərin verdikləri diplom kifayət qədər etibarlı deyil".

İ.Orucov bildirdi ki, xaricdə hansısa nüfuzlu universitetdə qəbul olmaq asandır.

"Amma universiteti bitirmək çox çətindir. Bir ixtisasa 500 nəfər qəbul olursa, oradan 100-200 nəfər məzun olur. Bizdə isə 500 nəfər qəbul olur və 500 nəfər də universiteti bitirir. Nəticədə imtahan edib, onları işə qəbul edirik. Bu, həm də universitet təhsilinin keyfiyyətsizliyini göstərir. İxtisas üzrə magistr təhsili alan şəxs imtahandan uğursuz çıxır. Hansı ki, o həmin ixtisas üzrə magistr təhsili alıb. Deməli, magistr təhsilinə ölkəmizdə münasibət dəyişməlidir. Müəllimlik ixtisası üzrə kadr hazırlığında ehtiyatlı olmalıyıq. Biz müəllim hazırlayırıq və o gəlib öz sahəsində uğursuz olur. Bunun isə adı yoxdur. Söhbət həqiqi bakalavr, magistr diplomundan getməlidir. Müəllimlik ixtisası üzrə təhsil alanların magistratura oxuması çox yaxşıdır. Gələcəkdə müəllimlərimizə münasibətdə bu tələbi qoymalıyıq. Amma magistr diplomu da həqiqi diplom olmalıdır. Diplomu alan şəxs sabah imtahandan kəsilməməlidir. Məsələ budur ki, biz indi təhsil alan tələbələri kitabxanalarda görmürük. Universitet ətrafı ərazilərdə zamanını boş xərclədiyini görürük. Amma xarici universitetlərdə belə şey yoxdur. Universitet ətrafında dərs zamanı, dərsdən sonra tələbələr kitab oxuyur", - deyə ekspert qeyd etdi.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Fevral 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri