Icma.az
close
up
RU
Bir ayda 62 faiz PAY İTKİSİ “Facebook” Azərbaycan bazarını TƏRK EDİR?

Bir ayda 62 faiz PAY İTKİSİ “Facebook” Azərbaycan bazarını TƏRK EDİR?

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Bu ilin noyabr ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "Instagram"ın payı 46,23 % (ötən ay 35,77 %, 1 il əvvəl 38,37 % olub) təşkil edib.
"Statcounter" agentliyininin hesabatına görə, bu, oktyabr ayına nisbətən 10,46 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə 7,86 faiz bəndi azdır.
İkinci pillədə qərarlaşan "YouTube"un bazar payı ay ərzində 10,55 faiz bəndi, il ərzində isə 17,37 faiz bəndi artaraq 31,04 % (20,49 % və 13,67 %) olub.
Növbəti yerdəki "Facebook"un bazar payı ay ərzində 17,65 faiz bəndi, illik isə 7,88 faiz bəndi azalaraq 10,68 % (28,33 % və 18,56 %) təşkil edib. Noyabr ayında isə “Facebook”un bazar payı birdən-birə 62 % azalıb.
Dördüncü pillədəki "Pinterest"in bazar payı aylıq 2,06 faiz bəndi, illik müqayisədə isə 10,54 faiz bəndi azalaraq 5,7 % (7,76 % və 16,24 %) təşkil edib.
İlk beşliyi 4,46 %-lik (5,24 % və 7,95 %) bazar payı ilə "X" qapayır. Sosial şəbəkənin bazar payı aylıq 0,78 faiz bəndi, illik müqayisədə isə 3,49 faiz bəndi azalıb.
Bəs qısa zamanda “Facebook”un bazar payının kəskin azalma səbəbi nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov deyib ki, “Facebook”un Azərbaycanın sosial media bazarındakı payının cəmi bir ay ərzində kəskin şəkildə, yəni 62% azalması, adətən uzunmüddətli trendlərlə izah edilməsi çətin olan, kompleks və qısa müddətli amillərin kəsişməsini göstərir:
“Azalmanın bir hissəsi bazarın təbii inkişaf istiqaməti ilə əlaqəlidir: "Instagram"ın payının 10.46 faiz bəndi, "YouTube"un payının isə 10.55 faiz bəndi artması, auditoriyanın (xüsusən gənclərin) vizual, video və qısa formatlı (Short-form video) məzmuna üstünlük verməyə davam etdiyini təsdiqləyir. İstifadəçilər informasiya və əyləncə üçün daha dinamik platformalara keçdikcə, "Facebook"un ənənəvi xəbər və mətn yönümlü formatı tədricən kölgədə qalır. Həmçinin, "Facebook"un ana şirkəti Meta-nın daxili strategiyası da əsas resursları daha çox gəlir gətirən "Instagram" platformasına yönəltməklə, dolayı yolla “Facebook”dakı ümumi aktivliyin azalmasına səbəb ola bilər”.
“Kəskin eniş bu səbəblərdən baş verə bilər”
Müsahibimiz hesab edir ki, bir ayda baş verən 62%-lik eniş kimi kəskin bir rəqəm, bu itkinin əksər hissəsinin statistik anomaliya və ya texniki faktorlardan qaynaqlandığı ehtimalını artırır:
 

“Statcounter" kimi agentliklər məlumatları veb-saytlara və tətbiqlərə daxil olan istifadəçilərin brauzer məlumatları əsasında topladığı üçün, həmin hesabat dövründə ölçmə metodologiyasında hər hansı bir dəyişiklik, "Facebook"un tətbiq kodu və ya onun məlumat toplama mexanizmindəki müvəqqəti nasazlıqlar, yaxud Azərbaycanda platformaya giriş kanallarında yaranmış qısa müddətli texniki problem istifadəçi sayının statistik qeyd edilməsini kəskin şəkildə aşağı sala bilərdi.


Nəticə etibarı ilə, 62% kimi dramatik bir pay itkisi böyük ehtimalla metodoloji qeyri-dəqiqliyin və qısa müddətli kənarlaşmanın nəticəsidir, lakin bu rəqəm rəqəmsal bazarın vizual məzmuna doğru yönəlmə trendini güclü şəkildə vurğulayır”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Dekabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri