Icma.az
close
up
RU
Müəllim ixtisasını seçənlər qabiliyyət imtahanı verəcəklər?

Müəllim ixtisasını seçənlər qabiliyyət imtahanı verəcəklər?

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Müəllim ixtisasını seçəcək abituriyentlər üçün qabiliyyət imtahanının tətbiqi məsələsi hazırda aktual hesab edilmir”

Bu fikirləri təhsil eksperti Məzahir Məmmədli KONKRET.az-a açıqlamasında səsləndirib.

Ekspertin sözlərinə görə, sosial şəbəkələrdə müəllimlik ixtisasına qəbul zamanı qabiliyyət imtahanının keçirilməsi ilə bağlı aparılan müzakirələr göstərir ki, bu fikir nə cəmiyyət, nə də sosial media iştirakçıları tərəfindən müsbət qarşılanıb:

“Müzakirələr də göstərdi ki, bu mövzu cəmiyyət tərəfindən qəbul edilmir və geniş dəstək tapmır. Bu isə onu deməyə əsas verir ki, müəllimlik ixtisası üçün qabiliyyət imtahanı məsələsi bu gün üçün aktual deyil”.

Məzahir Məmmədli qeyd edib ki, son illərdə müəllimlik ixtisasını seçən abituriyentlərin bal göstəriciləri xeyli yüksəlib. Son statistik göstəricilər də bunu təsdiqləyir:

“Pedaqoji universitetin apardığı sorğulara əsasən, 500 baldan yuxarı nəticə göstərən abituriyentlərin əksəriyyəti müəllimliyi birinci ixtisas kimi seçir”.

Bununla yanaşı, M.Məmmədli qəbul sistemində mövcud olan problemlərə də toxunub. O, bildirib ki, bəzən hüquq və ya tibb ixtisasını seçib sonradan tarix, coğrafiya, kimya və biologiya müəllimi olan şəxslər də var:

“Təəssüf ki, belə hallar mövcuddur. Bu isə Dövlət İmtahan Mərkəzinin ixtisaslar üzrə deyil, qruplar üzrə qəbul aparması ilə bağlıdır”.

Ekspertin fikrincə, mövcud qəbul mexanizmi təkmilləşdirilməli, lakin müəllimlik ixtisası üçün qabiliyyət imtahanının tətbiqi hazırkı mərhələdə məqsədəuyğun deyil.

Aynurə İsmayıl
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Dekabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see245

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see235

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see218

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see217

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see212

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see199

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see184

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see178

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see151

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see150

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see150

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see146

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see144

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri