Icma.az
close
up
RU
MÜƏLLİM TƏKBAŞINA DÖVLƏT OLMALDIR! Müəllim “rol model”dir

MÜƏLLİM TƏKBAŞINA DÖVLƏT OLMALDIR! Müəllim “rol model”dir

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şəmil Sadiq

Təhsil texnoloqu, dosent

Müəllim sinfə girəndə elə bilirik ki, qapıdan bir nəfər gəlir. Əslində, onunla birlikdə savadı, xarakteri, evdə yaşadığı qayğılar, dünyagörüşü, inandıqları və inanmadıqları da onunla bərabər içəri daxil olur. Sözsüz ki, uşaqlar bunların hamısını adlandıra bilməzlər. Amma hiss edirlər, alt şüurlarına yazarlar. Uşaqlar bəzən müəllimin bir baxışını, bir hərəkətini dediyi yüz cümlədən daha yaxşı yadda saxlayırlar. Elə buna görə də müəllimlik dərslə yanaşı, fərqində olmadan verdiyin dərslərə də cavabdeh olmaqdır.

Biz cəmiyyət olaraq müəllimdən çox şey gözləyirik. O həm savadlı olsun, həm səbirli olsun, həm ədalətli olsun, həm vicdanlı olsun. Nitqi ilə dilimizi, davranışı ilə münasibətlərimizi, geyimi ilə səliqəni və nizami öyrətsin. Əsəbiləşəndə belə sözünü seçsin, yorulanda belə qarşısındakı uşağın ümidini qırmasın. Öz həyatında cavabını tapa bilmədiyi suallar varkən başqasının övladına yol göstərə bilsin. Etiraf edək ki, bu gözləntilər müəllimi yorur, və bəzən də incidir. Axı müəllim də insandır, onun da qayğısı, ağrısı, səbri tükənən günü var. Müəllimdən nümunə olmağı gözləyən cəmiyyət ona ləyaqətlə yaşamaq və rahat mühitdə işləmək imkanı yaratmaq məsuliyyətini də unutmamalıdır. Müəllimin vətəndaşlığını, insanlığını görmədən ondan insan yetişdirməsini gözləmək ağılsızlıqdır!

Amma bu peşənin başqa peşələrdən fərqlənən bir məsuliyyəti də var: müəllimin qarşısında hələ özünü tanımağa çalışan insan oturur. Onun sözü həmin insanın yaddaşında illərlə qala bilər. Bəzən bir uşağın özünə inamı müəllimin adi hesab etdiyi bir cümlə ilə ölür. Bəzən də bir cümlə ilə yenidən ayağa qalxır, dirçəlir, özünü tanıyır.

Müəllimə “insan mühəndisi” deyirik. Bu ifadənin ağırlığını isə həmişə duymuruq. Əyri qoyulmuş bir daş sonradan divarda da əyri görünür. Uşağın formalaşmasında yanlış qoyulmuş təməlin çatları bəzən illər sonra üzə çıxır və başımıza yıxılır! Üstəlik, qarşımızdakı cansız material deyil: öz təbiəti, ailəsi, sualları, qorxuları olan bir insandır. Onu özümüzə bənzətmək həvəsi ilə yetişdirmək məsuliyyətini qarışdıranda səhvimiz də buradan başlayır. Əgər hər bir uşağın atası, anası kimi olmasını arzu etsə idik, onları məktəbə göndərməz, müəllimlərdən dərs almağını istəməzdik. Biz uşaqlarımızı ona görə məktəbə, tanımadığımız insanların-müəllimlərin ümidinə buraxırıq ki, o bizə intellektual, mədəni, savadlı, ətrafı dərk edən, özünü tanıyan bir insan yetişdirsin. Əksi olanda isə əlbəttə ki, bu bizi narahat edir, müəllimə qarşı münasibətimizi dəyişir!

Buna görə müəllim dünyagörüşü sağlam olmalıdır. Oxumalı, düşünməli, hadisələrə münasibət bildirməyi bacarmalı, sahib olduğu milli və bəşəri dəyərləri dorğu-düzgün və tərəfsiz çatdırmalı, dövlətin onun qarşısında qoyduğu tələblərə cavab verməlidir. Heç bir halda peşəkarlıq öz qənaətlərini nə qədər qəti söyləməsi ilə ölçülmür, yanlış düşünən, yanlış yolda olan uşağa necə yön verməsi görünür. Öz doğrularından şübhələnməyi bacarmayan adamın bir uşağa sual vermək cəsarəti aşılaması çətin məsələdir.

Sinifdə müxtəlif ailələrdən gələn övladlarımız oturur. Evində başqa cür danışılan, başqa adətlərə əməl edilən, həyata başqa pəncərədən baxılan uşaqlar… Müəllim onların hamısına eyni yaxınlıqda dayanmağı bacarmalıdır. Heç bir uşaq müəllimin rəğbətini qazanmaq üçün ona bənzəməli olduğunu düşünməməlidir. Axı müəllim “rol model”dir. Uşaqlar ondan dərs alır, ondan öyrənir.

Bunun üçün bəzən müəllim bir addım geri çəkilməyi bacarmalı, şəxsi həyatında önə çıxardığı bir mənsubiyyəti, bir mübahisəni, bir mövqeyi dərsin mərkəzinə gətirməməlidir. Çünki müəllimin mövqeyi sinifdə adi bir şəxsi fikir kimi eşidilmir. Onu deyən, qiymət verən, yol göstərən, uşağın gözündə nüfuzu olan adamdır. Bunun üçün də bəzən uşaq razılaşmadığı fikrə etiraz etməyi də həmişə bacarmır; bəzən sadəcə susur.

Elə buna görə müəllimin sözündə də, davranışında da, geyiminsə də peşəsinin təmkinini görmək istəyirik. Onunla qarşılaşan uşaq ilk növbədə yanında rahat sual verə biləcəyi bir müəllim görməlidir. Müəllimin hansı tərəfə aid olduğunu anlamağa yox, özünün nəyi anlamadığını deməyə çalışmalıdır.

Bu, müəllimin özündən imtina etməsi deyil. Qarşısındakı uşağın hələ formalaşmaqda olan dünyasına həssas yanaşmasıdır. Bəzən insanın inandığı dəyərə sədaqəti onu nümayiş etdirməyində yox, həmin dəyərin tələb etdiyi ədaləti və mərhəməti yaşatmağında görünür.

Biz deyirik ki, müəllim ana olsun, ata olsun, dost olsun, psixoloq olsun, həkim olsun, təcili yardım olsun. Bir insana nə qədər çox yük yığırıq… Əslində, hər dəfə başqa bir ad çəkərkən ondan eyni şeyi istəyirik: uşağı görsün. Dərsini bilməyən uşağın tənbəlliyindən əvvəl çətinliyini, susanın sakitliyindən əvvəl qorxusunu, etiraz edənin kobudluğundan əvvəl eşidilmək ehtiyacını duysun. Uşağı bəzən yanlış olda ailəsindən belə qorumağı bacarmalıdır. Hansısa bir uşaq atasını kumir kimi seçib şiddətə meyillidirsə, hansısa bir uşaq anasının təsiri ilə fərqli xarakterdə böyüyürsə, hansısa bir uşaq ailəsinin qorxusundən və ya təşviqindən asılı olaraq hansısa siyasi, ideoloji təbliğatı sinifdə təqdim edirsə, müəllim dövlətin yumşaq gücü olaraq bunun qarşısını almalı, ona izah etməli, anltamalıdır! 

Müəllimlik təkbaşına bir dövlət olmağı bacarmaqdır! Müəllimlik mənim üçün bu diqqətin və məsuliyyətin adıdır. Özünü göstərmək həvəsindən daha vacibi qarşısındakı uşağı görməyə mane olmadığı bir peşədir.

İllər sonra şagird müəllimin hansı mövzunu hansı gün keçdiyini unuda bilər. Amma onun yanında özünü necə hiss etdiyini asanlıqla unutmur. Düşüncəsini söyləməyə cəsarəti çatırdımı? Səhv edəndə alçaldılırdımı? 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Oktyabr 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see406

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see301

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see229

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see224

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see222

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see219

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see218

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see207

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see204

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see195

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see194

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see190

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see187

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see186

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see179

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see178

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see174

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see166

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see163

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri