Icma.az
close
up
RU
Müəllim olmaq

Müəllim olmaq

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Evdən çıxanda səksən dəqiqəlik dərsi necə keçəcəyimi düşünürdüm, çətin dönəmim idi, ürəyimdə susmaq bilməyən bir ağrı vardı. Auditoriyaya necə daxil olduğumu xatırlamıram, necə çıxdığımı isə heç vaxt unutmaram. Dərsdən dünyanın ən enerjili, ən gülərüz adamı kimi çıxmışdım. Bir neçə müddətdən sonra fərqinə vardım ki, səksən dəqiqənin bir saniyəsində belə ürəyimin ağrısını eşitməmişəm, bəlkə, heç ağrımayıb? Bilmirəm… Müəllimliyin nə demək olduğunu, nələrə qadir olduğunu ilk dəfə onda anlamışdım. Bu, necə bir enerji idi, İlahi? Hz.İsanın Lazarı diriltməsi əhvalatını xatırladım. O gün mən Lazar idim, tələbələrim isə məni dirildən İsa! Amma mənim möcüzəm Lazardan daha böyük idi, çünki mənim bir yox, onlarla İsam vardı…

Müəllimlik bir peşədən, bir məsuliyyətdən daha artığıdır, eşq məsələsidir, enerji məsələsidir. Dərsə girəndə gözünü saatdan çəkməyənlər, ürəyi zəng səsi üçün çırpınanlar, hər gün evdən çıxanda sızıldayanlar bu enerjinin fərqində olmayanlardır. Müəllimlik diplomu almaqla müəllim olmaq arasında böyük fərq var. Müəllimlik diplomunu universitetdə dörd il dərs keçdikdən sonra asanlıqla ala bilərsən, müəllim olmağın dərsini isə universitetlər deyil, sadəcə həyat keçir. Ən çətin, ən önəmli imtahanı insan olmaqdır.

 Bir tələbəm vardı, gedib-gəlib məni qucaqlayardı. Sonradan bilmişəm ki, anasını itiribmiş. Qollarım ana qollarının yerinə qoyulub, qucağım bir ana qucağı olub,, bilməmişəm. Qollarını açıq saxlaya bilməyin, çiyinlərini çəkməməyin dəyərini indi çox yaxşı anlayıram. Qollarını bütün dünyanı qucaqlaya biləcək genişlikdə açmağı bacarmalısan. Onsuz da, dünyanın bu çağında qapılar bağlıdır, qollar bükülü, əllər də yumruq. Məmməd Araz demişkən: “İnsandan insana körpümüz sınıb”. İndi ən çətin məsələ körpü ola bilməkdir çayların sahilində qalanlara.

Birlikdə keçirdiyimiz zamanda nələr qazandıq və nələr aparırıq gələcəyə ? Bəzən iz qoymaq lazım gəlir, bəzən də qarşındakı bilgi tələbatçılarının özünəməxsus iz sala bilmək potensialını kəşf etmək. İnsan dünyaya məqsədsiz, məramsız, bacarıqsız gələ bilməz. Bəlkə, hər gün eyni sinfi paylaşdığımız tələbələrin içində kəşf olunmağı gözləyən rəssam, bəstəkar, şair var? Mütləq var… Onları bizim yolumuzla addımlamağa məcbur etmək yerinə, öz yollarını kəşf etmələrinə səbəb olmaq daha gözəl deyilmi?!

Müəllimlik həyatlara toxuna bilmək, yeri gələndə həyatları dəyişdirmək fürsətidir, qan bağı olmadan doğmalaşmaqdır. Müəllimlik beyinləri hərəkətə gətirməkdir, ürəkləri dindirmək, gizli potensialların axtarışına çıxmaq - ən məsum kəşfiyyatdır.  Yeni daxil olduğum hər qrupda bu cümləni deyirəm: “Mən sizi əzbərlətməyə deyil, düşündürməyə gəlmişəm”. Onsuz da, ürəyin süzgəcindən keçən hər şey beynin əbədi yaddaşına hopur. Müəllimin ilk işi bilgi ilə tələbənin, şagirdin ürəyi arasında əlaqə yarada bilməkdir. Ürəklə beyinin işinə isə dünyada heç kim müdaxilə edə bilməz. Xəlil Cübran “Öyrətməyə dair” adlı şeirində yazır: “Müəllim biliyindən deyil, inancından və şəfqətindən verir. Həqiqətən, bilgədirsə, sizi bilgi evinə girməyə çağırmaz, öz ağlınızın genişliyinə aparar”. Zorla, sevgisiz öyrədilən, ürəyin süzgəcindən keçməyən “bilgi”nin yaddaş ömrü uzaqbaşı 5-10 gün olar. Bu 5-10 günlük “bilik” müəllimin sadəcə özünü aldatmasına, vicdanını rahatlatmasına xidmət edə bilər, tələbəyə heç bir yararı yoxdur. Məsələn, notları öyrətmək çətin deyil, çətin olan notları hiss etməyi öyrətməkdir. Hansısa bir şeiri kiməsə əzbərlətməyə nə var? Çətin olan şeirin hər misrasını, hər sözünü duymağı öyrətməkdir. Bunları öyrətməyin xüsusi bir üsulu olduğunu düşünmürəm. Amma mümkündür, sevginin dünyada öhdəsindən gəlməyəcəyi heç nə yoxdur. Peşənə sevgi, bilginə sevgi, bilgini alana sevgi… Bu üçü yerində olsa, müəllim möcüzələr yaradar.

Kapitalizm və kəmiyyət dövründə sevgi və keyfiyyətin yanında dayanmaq həm də fədakarlıqdır. Kəmiyyət hər şeyin bəlasıdır, elə bilginin də. Tələbənin neçə öyrənməyi necə öyrənməyindən önəmli ola bilməz. İmtahanlarda bütün vərəqləri doldurmaq tələbənin bilgi göstəricisi deyil. Bəzən iki vərəq yazan tələbə beş vərəq yazan tələbədən yaxşı qiymət alır. Şəxsən mən 20-25 məqaləsi olan müəllimdən daha çox şey öyrənmişəm, 700-800 məqalə, 40-45 kitab müəllifi olan bir müəllimimdən isə təəssüf ki, heç nə öyrənə bilməmişəm. Kapitalizm və kəmiyyət əsrində keyfiyyətə və sevgiyə sarılıb var gücümlə tələbələrim üçün nələrsə etməyə çalışıram.

Neçə-neçə tələbəm semestrin əvvəlində ədəbiyyatdan, sözün əsl mənasında, nifrət etdiklərini desələr də, semestrin sonunda artıq neçə-neçə bədii əsər oxumuş olurlar. Əllərində qələm və dəftərlə gəlirlər ki, məndən kitab məsləhəti alıb, siyahı yazsınlar.
Dünyada ancaq müəllimlərə məxsus olan bir səs tonu var. Müəllimlər təkcə tələbələri ilə danışanda səs o tona düşür, başqaları ilə mümkün deyil. O səs tonunda sevgi var, qayğı var, qürur, mərhəmət, ədalət, dürüstlük, inam, ümid… Mən o səsi milyonlarla səsin içindən tanıyaram…

Əlbəttə ki, mən mükəmməl deyiləm. Mənim də bir müəllim kimi səhvlərim, boşluqlarım olmamış olmaz. Ən yaxşı olduğunu, hər şeyi bildiyini düşünmək inkişafın tənəzzül mərhələsidir, axı onda dayanırsan. Ən yaxşının daha yaxşısı həmişə var və mən ona çatmağa çalışıram çatmağın əsla mümkün olmayacağını bilə-bilə.

Qəbul imtahında 623 bal toplamışdım, bu gün hüquqşünas da ola bilərdim, politoloq da, başqa bir peşə sahibi də, bu esseni heç yazmaya da bilərdim. Bəs imtahan nəticəm bütün qapıları açdığı halda niyə müəllimlik? Bütün insanların bir missiya ilə yaradıldığını düşünürəm. Mən nə üçün yaradıldığımın, niyə var olduğumun ta əzəlindən fərqində idim. Ədəbiyyatsız həyat mənim üçün bombozdur, boşluq, mənasızlıq… Onun üçün var idim, onun üçün varam. Öyrənmək və öyrətməyin qürurunda, aldığım hər nəfəsin nə üçün gəlib-getdiyinin fərqindəyəm. İşim dünyanı dəyişmək deyil, dünyaları dəyişməkdir. O səksən dəqiqələrin hökmünü bilirəm, həyatları dəyişdirmək möcüzəsinin dəfələrlə şahidi olmuşam.
Eh, sevgili göy üzü, qucağımın genişliyini, ürəyimin hüdudsuzluğunu qısqanma, axı mən müəlliməm!
Gülay Tahirli
Naxçıvan Dövlət Universitetinin müəllimi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Oktyabr 2026 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri