Icma.az
close
up
RU
Müəllim və həkimlər dövlət qulluqçusu statusu ala bilərlər Müzakirələr gedir

Müəllim və həkimlər dövlət qulluqçusu statusu ala bilərlər Müzakirələr gedir

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünyanın bir sıra ölkələrində müəllim və həkimlər dövlət qulluqçusu statusuna malikdirlər. Bu yanaşma həmin peşə sahiblərinə əməkhaqqı, sosial təminat, pensiya və karyera inkişafı baxımından əlavə təminatlar yaradır. Azərbaycanda da zaman-zaman bu modelin tətbiqi ilə bağlı müzakirələr aparılır. Mütəxəssislər hesab edirlər ki, belə bir qərar təhsil və səhiyyə sistemində həm idarəetmə mexanizmlərinə, həm də xidmət keyfiyyətinə təsir göstərə bilər. Bununla yanaşı, dövlət büdcəsinə əlavə yük, işə qəbul qaydaları və fəaliyyətin qiymətləndirilməsi kimi məsələlər də diqqət mərkəzindədir.

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Müşfiq Cəfərov isə bildirib ki, müəllim və həkimlər cəmiyyətin intellektual təhlükəsizlik sisteminin əsas dayaqlarıdır.

Deputatın sözlərinə görə, Azərbaycanda müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı hazırlıq işləri hələ 2010-cu illərdə aparılıb. Deputatın sözlərinə görə, Azərbaycanda müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı hazırlıq işləri hələ 2010-cu illərdə aparılıb. Həmin dövrdə bu peşə sahiblərinin dövlət qulluğunun xüsusi növünə aid edilməsi nəzərdə tutulsa da, məsələnin mürəkkəbliyi səbəbindən sistem tam formalaşdırılmayıb:

"Müəllim və həkimlərin dövlət qulluqçusu hesab olunması və ya bu kateqoriyaya daxil edilməsi kifayət qədər mürəkkəb məsələ olduğundan sistem tam qurula bilmədi".

Deputat qeyd edib ki, dövlət qulluqçusu statusu müəllimlərə sabit əməkhaqqı, sosial təminat, staja görə artımlar, dövlət təminatlı sosial sığorta və hüquqi müdafiə mexanizmləri təqdim edir.

“Hazırda tətbiq olunan müəllimlərin işə qəbulu sistemi müəyyən üstünlüklərə malikdir. Lakin bu mexanizm müəllimin fəaliyyətini dövlət xidməti standartları əsasında qiymətləndirmir”, – deputat vurğulayıb.

O bildirib ki, dünya təcrübəsində bu sahədə uğurlu nümunələr mövcuddur:

“Finlandiyada müəllimlər dövlət tərəfindən seçilən yüksək ixtisaslı kadrlardır və dövlət qulluqçusu ilə eyni statusda sosial təminat imkanlarına malikdirlər. Hətta iş saatı 18–24 dərs saatı olsa da, maaş sabitdir. Hesab edirəm ki, Azərbaycanda hansısa peşə qrupuna dövlət qulluqçusuna yaxın status veriləcəksə, ilk növbədə müəllimlər və həkimlərə şamil edilməlidir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə bildirib ki, inkişaf etmiş ölkələrdə dövlət qulluqçusu anlayışına fərqli yanaşmalar mövcuddur.

Onun sözlərinə görə, bəzi ölkələrdə sosial təminat və pensiya sistemi ayrıca mexanizmlərlə tənzimlənir, müəyyən peşə qrupları üçün əlavə güzəştlər tətbiq olunur. Bu imtiyazlar bəzi hallarda daha erkən pensiyaya çıxmağa da imkan yaradır. Deputat qeyd edib ki, postsovet məkanında dövlət qulluqçusu statusu daha çox idarəetmə və hökumət strukturlarında çalışan şəxslərə şamil edilir.

V.Bayramov əlavə edib ki, hazırda Azərbaycanda təhsil və səhiyyə sahələrində aparılan islahatların əsas istiqamətlərindən biri əməkhaqlarının fəaliyyət nəticələrinə uyğun formalaşdırılmasıdır.

“Sertifikasiya nəticələrinin qiymətləndirilməsi mexanizminin təkmilləşdirilməsini təklif edirik. Məqsəd yüksək nəticə göstərən müəllimlərin daha yüksək əməkhaqqı almasını təmin etməkdir. Bu baxımdan sertifikasiyada yüksək bal toplayan müəllimlər üçün əməkhaqqı artımlarının genişləndirilməsi məqsədəuyğun hesab olunur. Mövcud qaydalara əsasən 51 bal və daha çox nəticə göstərən müəllimlərin əməkhaqlarında daha yüksək artımlar qeydə alınır, biz təklif edirik ki, 48 bal və daha yüksək nəticə göstərən müəllimlər üçün də yüksək əməkhaqqı tətbiq olunsun.”, – deputat bildirib.

Onun sözlərinə görə, nəticəyönümlü yanaşma müəllimlərin peşəkar inkişafını stimullaşdırmaqla yanaşı, onların sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edə bilər.

V.Bayramov hesab edir ki, bu mexanizmin növbəti illərdə daha da təkmilləşdirilməsi məqsədəuyğundur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 İyul 2026 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri