Icma.az
close
up
RU
Müəllimlərə dövlət qulluqçusu statusu veriləcək?

Müəllimlərə dövlət qulluqçusu statusu veriləcək?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər aktual olan mövzulardan biri də müəllimlərin yeni iş rejimində çalışacağını. 

Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müəllimlərin dərs yükünün həftədə 18-24 saat təşkil edəcəyini və qalan zamanda müəllimin şagirdlərlə işləyəcəyini deyib. Müəllimlər üçün saatı 09:00-18:00 qrafiki könüllü əsasda olacaq. 

Nazir bildirib ki, tam ştatlı müəllim konsepti 2027-ci ilin sentyabrından tez müddətdə həyata keçirilməyəcək. Onu da qeyd edək ki, müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsi də unun müddətdir müzakirə olunur. 

Ancaq bu istiqamətdə müsbət nəticə əldə edilməyib. Müəllimlərin 8 saatlıq iş rejiminə keçməsi ilə bağlı proses onlara dövlət qulluqçusu statusu verilməsinə aparıb çıxara bilərmi və bu reallaşacağı təqdirdə müəllimlər üçün hansı imkanlar yaranar? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cümhuriyət”-ə bildirib ki, müəllimlərin 8 saatlıq tam iş rejiminə keçidi Azərbaycan təhsilində təkcə iş yükünün dəyişdirilməsi deyil, həm də müəllimin hüquqi statusunun, əmək münasibətlərinin və sosial təminatının yenidən qurulmasını zəruri edən struktur mərhələsidir:

“Bu model müəllimin məktəbdə hər gün fasiləsiz iştirakını, dərsdənkənar fəaliyyətlərin planlı icrasını və pedaqoji kollektivin üzvü kimi daha sabit funksional rolunu formalaşdırdığı üçün hüquqi baxımdan dövlət qulluqçuluğu modelinə yaxınlaşma yaradır. Elə buna görə də son aylarda ən çox müzakirə olunan sual budur: bu dəyişiklik müəllimləri dövlət qulluqçusu statusuna yaxınlaşdırırmı?

“Dövlət qulluğu haqqında” Qanunun məzmununa nəzər saldıqda, dövlət qulluqçusu üçün əsas prinsiplərin – sabit iş yükü, gündəlik iş rejimi, vəzifə öhdəliklərinin hüquqi çərçivədə icrası, qiymətləndirmənin nəticəyə əsaslanmasının  faktiki olaraq yeni tam ştat modelində tətbiq olunduğu görünür. 

Müəllimlik xüsusi xidmət sahəsi kimi ayrıca status daşısa da, 8 saatlıq məktəb rejimi müəllimin fəaliyyətini dövlət qulluğu ilə paralel strukturda qurmağa imkan verir. Bu yanaşma dünya təcrübəsinə də uyğundur: 

Finlandiya, Estoniya, Yaponiya və Cənubi Koreyada müəllimlər formal olaraq dövlət qulluqçusu sayılmırlar, lakin dövlət qulluqçusu səviyyəsinə bərabər maddi, sosial və hüquqi təminatlara malikdirlər. Bu model həmin ölkələrin təhsil keyfiyyətinin ən ali pillələrdə yer almasının səbəblərindən biridir”.

Ekspertin sözlərinə görə, statistik müqayisələr göstərir ki, tam ştat modeli tətbiq olunan ölkələrdə müəllim peşəsinin nüfuzu daha yüksəkdir: 

“Məsələn, Estoniyada müəllimlərin 86%-i dövlət tərəfindən təmin olunan sosial paketlərdən, psixoloji dəstəkdən və ödənişli peşəkar inkişaf proqramlarından yararlanır. Finlandiyada müəllimin iş yeri sabitliyi 90%-ə yaxındır. 

Cənubi Koreyada tam ştat modelinin tətbiqi ilə müəllimlərin peşədə qalma müddəti 12 ildən 19 ilə yüksəlib. Bu rəqəmlər göstərir ki, sabit iş rejimi və güclü hüquqi status müəllimlik peşəsini daha dayanıqlı edir.

Azərbaycan reallığında müəllimlərin 8 saatlıq iş rejiminə keçidi baş verdikdə bir sıra mühüm imkanlar yarana bilər. İlk növbədə, sosial təminat güclənəcək: 

dövlət qulluqçuluğuna yaxın model tətbiq olunarsa, müəllimlərin pensiya təminatı, uzunmüddətli staja görə əlavələr, sığorta paketləri və sosial müdafiə mexanizmləri genişlənəcək. Bu, müəllimlik peşəsinin cazibəsini artıracaq və yüksək hazırlıqlı mütəxəssislərin məktəbə axınını stimullaşdıracaq.

İkinci mühüm imkan müəllimin iş yerinin sabitliyinin güclənməsidir. Hazırda müəllimlərin müqavilələri bir çox hallarda 1 illikdir və məktəb rəhbərliyi dəyişdikdə, müəllimin iş mövqeyi riskə düşə bilir. 

Dövlət qulluqçusuna yaxın statusda isə vəzifə sabitliyi qanunla qorunur və müəllim ixtisar, dəyişiklik, köçürülmə proseslərində daha güclü hüquqi müdafiə əldə edir. Bu, həm məktəb idarəetməsində stabillik yaradır, həm də müəllimin peşəkar fəaliyyətinə uzunmüddətli perspektiv verir”.

Üçüncü imkan peşəkar inkişaf sisteminin məcburi və dövlət təminatlı forma almasıdır. Dövlət qulluğunda karyera pillələri hüquqi çərçivədə tənzimləndiyi kimi, müəllimlikdə də bu model tətbiq olunarsa, sertifikasiya, ixtisasartırma və metodiki təlimlər formal mexanizm yox, karyera artımının əsas alətlərindən birinə çevriləcək:

“Bu isə tədrisin keyfiyyətinə birbaşa təsir edəcək. Dördüncü imkan əməkhaqqının sabitləşməsidir. Hazırda müəllimin gəliri əsasən dərs saatına bağlıdır. Tam ştat modelində və dövlət qulluğuna yaxın statusda əməkhaqqı vəzifə maaşı üzərindən hesablanır, dərs saatı isə əlavə bonus rolunu oynayır.  Bu, müəllimləri “saat toplamaq” psixologiyasından azad edir, onların fəaliyyətini sabit və proqnozlaşdırılan edir”.

Ekspertin fikrincə, Elm və Təhsil Nazirliyinin 8 saatlıq modelə keçidi mərhələli şəkildə sınaqdan keçirməsi və bunu sistemli islahatın tərkib hissəsi kimi aparması müsbət və strateji addımdır: 

“Nazirliyin məqsədi müəllimi sadəcə dərs deyən şəxs yox, məktəbin tam zamanlı pedaqoji subyekti kimi formalaşdırmaqdır. Bu, yeni təhsil idarəetməsi modelinə – Avropa tipli “məktəb mərkəzli idarəetmə” və “tam ştatlı müəllim” modelinə tam uyğundur.

Müqayisəli təhlil göstərir ki, dəyişəcək əsas məsələ müəllimin peşəkar rolunun genişlənməsi, məktəbin daxili mühitində sabit funksional mövqenin yaranması və pedaqoji fəaliyyətin nəticəyə yönəlməsi olacaq. Dəyişməli olan isə hüquqi çərçivədir: müəllimin statusu, sosial təminatı, karyera pillələri və işə qəbul mexanizmi yeni modelə uyğunlaşdırılmalıdır.

Hesab edirəm ki, müəllimlərin 8 saatlıq iş rejiminə keçməsi gələcəkdə onların dövlət qulluqçusuna yaxın hüquqi statusa keçməsini mümkün edir və bu baş verdikdə müəllimlər üçün həm sosial, həm hüquqi, həm də peşəkar istiqamətdə keyfiyyətcə yeni mərhələ açılır. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə apardığı siyasət həm qlobal təcrübəyə uyğundur, həm də təhsilin peşəkarlaşma səviyyəsini artıran ən vacib modernləşmə addımlarından biridir”.

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: Müəllimlər status Kamran Əsədov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna müharibəsi Rusiyanın təsirlərini zəiflətdi

09 İyun 2026 14:11see287

ABŞ və İran razılaşa biləcək? ŞƏRH

09 İyun 2026 18:31see276

Azərbaycan və Skandinaviya arasında enerji əməkdaşlığı üçün unikal imkanlar

09 İyun 2026 06:32see238

Diz ağrısı ilə xəstəxanaya getdi, rentgendə yüzlərlə qızıl aşkarlandı

09 İyun 2026 06:00see221

Tramp: ABŞ ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

10 İyun 2026 00:06see205

Gənc ana və oğulları

09 İyun 2026 03:48see202

İrana hücumların təkrarlanması ciddi iqtisadi problemlərə səbəb olardı Tramp

10 İyun 2026 00:43see196

10 KOB subyekti də “startap”çı oldu

09 İyun 2026 03:24see196

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

10 İyun 2026 12:19see180

Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib

09 İyun 2026 16:43see178

“Döyüş başlıqları anbarlardan çıxarılır” SIPRI dən həyəcan təbili

09 İyun 2026 04:30see174

Ürək üçün ən faydalı 10 QİDA

10 İyun 2026 04:05see170

Qulaqdakı bu xətt infarkt riskini göstərir

09 İyun 2026 03:03see169

Hansı tərəfimiz üzərində yatmalıyıq?

10 İyun 2026 04:43see168

U 21 qırğızlarla bacarmadı

09 İyun 2026 21:09see162

Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...

10 İyun 2026 03:03see154

Poçt britaniyalı sakinin sifarişini 19 il sonra çatdırdı

09 İyun 2026 04:37see153

İran Trampın hədəsinə CAVAB VERDİ

10 İyun 2026 00:41see152

“Liverpul” Konatenin yerinə dörd müdafiəçini nəzərdən keçirir

10 İyun 2026 05:17see151

Aİ səfirləri Rusiyaya qarşı 21 ci sanksiya paketini müzakirə etməyə başlayacaqlar

10 İyun 2026 03:09see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri