Icma.az
close
up
RU
Müəllimə nə qədər maaş verilməlidir ki…

Müəllimə nə qədər maaş verilməlidir ki…

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əmrah Həsənli: “Elə bir maaş ki, müəllim ayın sonunda kredit, kommunal, gündəlik xərcləri yox, dərsini düşünsün”

Təhsil sahəsində keyfiyyət, məktəbdə verilən biliklərin yetərsizliyi cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdəndir. Elm və təhsil naziri Emin Əmrullayev yerli mediaya müsahibəsində təhsildə fənn mərkəzli yanaşmanın artıq öz dövrünü başa vurduğunu, müasir çağırışların isə tədris məzmununun yenilənməsini, fənlərarası əməkdaşlığın gücləndirilməsini və süni intellektin təhsil prosesinə inteqrasiyasını zəruri etdiyini vurğulayıb. 

Nazir məzmunla bağlı problemi də xatırladaraq bildirib ki, Azərbaycanda təhsilin məzmunu müəllimin məvacibinə bağlıdır: 

"Bu, nə qədər ki belə qalacaq, məzmunu dəyişmək çətin olacaq. Məzmunu dəyişmək müəllimin maaşını dəyişmək deməkdir. Şərti olaraq, əgər “biologiyanı bir saat azaldaq” deyiriksə, bu, həmin fənnin müəlliminin maaşının 10 % azalmasıdır. Məzmunda olunan dəyişiklik müəllimlərin maaşına təsir edəcək, müəllim maaşı ilə bağlı verilən qərar məzmuna təsir edəcək". 

E. Əmrullayev qeyd edib ki, müəllimlərin maaşı mütəmadi artırılsa da, məzmunu dəyişmək olmur. Onun fikrincə, Azərbaycanda 4 nəsil eyni məzmunla təhsil alıb, eyni fənləri oxuyub: 

"Sistem eynidir və bunu dəyişmək çox çətindir. 1990-cı illərdə informatika fənni tədris olunmağa başladı. Bu məntiqlə təhsilə süni intellekt də gətirə bilərik. Amma müəllimlərimiz fənlərarası əməkdaşlığı başa düşməlidir. Məqsədlər dəyişməlidir. 

Müəllimin məqsədi ona ayrılan saatları keçib dərhal məktəbdən getməkdirsə, başqa fənn müəlliminin o uşağa nə öyrətdiyi onu maraqlandırmırsa, şagird hərtərəfli inkişaf etməyəcək". Nazir vurğulayıb ki, daha çox müəllimlərdən danışılsa da, təhsilin bütün mahiyyəti uşaqdır: 

"Biz müəllimə niyə maaş veririk? Çünki şagird daha yaxşı öyrənməlidir. Şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik". O əlavə edib ki, son 10 ildə müəllimlərin keyfiyyəti artıb: 

"Müəllim sözünü düz yazmayan adamlarla sağollaşmışıq. Hazırda müəllimlər arasında rəqabət artıb. Bir gecəyə 150 min müəllimi əvəzləmək qeyri-mümkündür. Amma gənc müəllimlərin sertifikatlaşdırma prosesi mükəmməldir. Minlərlə müəllimin hər biri 51 baldan çox toplayıb. Bilikli müəllimlərin də metodik təkminlləşdirilməsi önəmlidir". 

Təhsil sistemində müəllimlərin maaşı ilə təhsilin keyfiyyət məsələləri bir-biri ilə bağlıdır və onların düzgün tənzimlənməsi şagirdlərin məktəbdə daha yaxşı öyrənməsinə və repetitor ehtiyacının azalmasına birbaşa təsir göstərə bilər. 

Müəllimə nə qədər maaş verilməlidir ki, şagird repetitora ehtiyac duymasın? 

Mövzu ilə bağlı “Cümhuriyət”-a açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənlinin fikrincə, müəllim elə bir səviyyədə əməkhaqqı almalıdır ki, bütün diqqətini dərsə, şagirdə və öz inkişafına yönəldə bilsin: 

“Bu məsələyə yalnız “Maaş nə qədər olsun?” sualı ilə yanaşmaq düzgün olmaz. Çünki söhbət təkcə rəqəmdən yox, müəllimin cəmiyyətdəki rolundan, ondan gözləntilərdən və ona verilən məsuliyyətdən gedir. Müəllim elə bir səviyyədə əməkhaqqı almalıdır ki, bütün diqqətini dərsə, şagirdə və öz inkişafına yönəldə bilsin, əlavə qazanc axtarışı onu məktəbdən uzaqlaşdırmasın. 

Bu gün valideynlərin böyük bir hissəsinin repetitor axtarmasının əsas səbəbi müəllimin zəif olması yox, sistemin müəllimi sıxışdırmasıdır. Proqram ağırdır, məzmun bəzən dövrün tələbləri ilə uzlaşmır, müəllim isə həm bu yükü daşımalı, həm də sosial rifahını düşünməlidir. Belə vəziyyətdə müəllimin məktəbdə verdiyi biliklə kifayətlənmək çətinləşir. Əgər müəllim məktəbdə layiqli maaş alarsa, o zaman dərsi “vaxt doldurmaq” üçün yox, nəticə əldə etmək üçün keçəcək”. 

Onun sözlərinə görə, müəllim maaşı orta əməkhaqqının bir az üzərində yox, ən azı cəmiyyətdə orta səviyyəli rahat yaşayışı təmin edəcək həddə olmalıdır: 

“Elə bir maaş ki, müəllim ayın sonunda kredit, kommunal, gündəlik xərclər barədə yox, dərsini necə daha maraqlı və effektiv quracağı barədə düşünsün. Bu, avtomatik olaraq repetitorluğa olan ehtiyacı da azaldacaq. Çünki müəllim bütün enerjisini məktəbdəki dərsə verəcək. Amma burada çox vacib bir məqam var. 

Yüksək maaş avtomatik yüksək keyfiyyət demək deyil. Maaş artımı müəllimin məsuliyyəti, hesabatlılığı və nəticə göstəriciləri ilə paralel getməlidir. Müəllim bilməlidir ki, ona verilən bu maaşın qarşılığında sinifdə real öyrənmə baş verməlidir. Şagird dərsdə başa düşməlidir, valideyn evdə əlavə müəllim axtarmamalıdır”. 

Ekspert qeyd edib ki, nazirin dediyi məzmun məsələsi də burada açar rol oynayır: 

“Müəllim həm köhnə, yüklü proqramı, həm də yeni dövrün tələblərini təkbaşına daşıya bilməz. Əgər məzmun sadələşdirilib, fənlərarası yanaşma tətbiq olunub, süni intellekt və praktik bacarıqlar tədrisə düzgün inteqrasiya edilibsə, müəllim daha az saatda daha keyfiyyətli nəticə göstərə bilər. Bu zaman maaş da saat sayına görə yox, nəticəyə görə formalaşmalıdır. 

Yəni müəllimin maaşı elə bir səviyyədə olmalıdır ki, məktəbdə verilən təhsil şagird üçün kifayət etsin. Amma bunun üçün təkcə maaşı artırmaq yox, məzmunu yeniləmək, müəllimin rolunu gücləndirmək və məktəbdə real öyrənməni əsas meyar etmək lazımdır. Valideyn repetitoru məcburiyyətdən yox, seçimdən dəvət etməlidir. Təhsil sisteminin sağlamlığı da məhz burada ölçülür”. 

Gülər Həsənli
"Cebheinfo.az"

Açar sözlər: Müəllim maaş Əmrah Həsənli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see272

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see251

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see240

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see237

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see212

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see203

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see193

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see192

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see186

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see182

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see177

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see173

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see170

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see168

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see162

Millətlər Liqasında növbəti oyunlar: Polşadan darmadağın, Fransa və İtaliya heç heçə etdi

03 Oktyabr 2026 01:09see159

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see156

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see156

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see155

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri