Icma.az
close
up
RU
Müəllimlə elmi işçi əlbir olub 100 dən çox şəxsi aldadıblar?

Müəllimlə elmi işçi əlbir olub 100 dən çox şəxsi aldadıblar?

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Rüşvət almaqda, dələduzluq və digər ağır cinayətlərdə ittiham olunan Eyvaz Niftəliyev və Ramis Hümmətovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə çoxsaylı şahidlərin ifadələri gözlənilsə də, yalnız bir şahidin iclasda iştirak etdiyi məlum olub. Prosesə sədrlik edən hakim cinayət işində 101 şahidin adının keçdiyi halda yalnız bir nəfərin iclasa gəlməsinə iradını bildirib.

Şahid İntiqam Nuriyev ifadəsi zamanı Eyvaz Niftəliyevi tanıdığını deyib:

"Mən "TikTok"dan tanımışam Eyvaz Niftəliyevi, elə bilirdim ki, o, hüquqşünasdır. Sosial yardım almaqla bağlı ona müraciət etmişəm. Sənədlərin hazırlanmasında mənə kömək edəcəyini demişdi. Buna görə də 250 AZN onun kartına ödəniş etmişəm. 5 ay bir nəticə əldə edilmədi və aldığı pulu da qaytarmadı".

Şahid digər təqsirləndirilən Ramis Hümmətovu isə tanımadığını bildirəndə Eyvaz Niftəliyev buna etirazını bildirərək, şahidin yaddaşında problem olduğunu deyib.

Eyvaz Niftəliyev aldığı həmin pulu Ramis Hümmətovla yarı böldüyünü vurğulayaraq qeyd edib ki, Ramis Hümmətov bu kimi işlərdə vergi məsələləri ilə bağlı ona yaxından kömək edib. O, bütün işlərdə Ramis Hümmətovun onun yanında olduğunu bildirib.

Digər şahidlərin ifadələrinin alınması üçün proses oktyabrın 16-dək təxirə salınıb.

Qeyd edək ki, Ramis Hümmətov Müdafiə Sənayesi Nazirliyinin təbii ehtiyatlarla iş üzrə idarənin böyük elmi işçisi olub.

Eyvaz Niftəliyev isə əvvəllər Şamaxı rayonunda müəllim vəzifəsində çalışıb.

İstintaq orqanı tərəfindən Eyvaz Niftəliyevin barədə Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 195.2 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə - eyni əməllər külli miqdarda ziyan vurduqda), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma və 313 (vəzifə saxtakarlığı) maddələri ilə, Ramis Hümmətov isə həmin məcəllənin 178.2.1, 178.2.2, 32.4, 178.2.3, 32.5, 178.2.4, 32.4, 29, 195.2, 32.5, 29, 195.2, 32.4, 308.2, 32.4, 313, 32.5, 313, 32.4, 311.3.3 və 32.5, 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə zərərçəkmiş qismində Azər Aslanov, Nuranə Şərafətova, Azər Məmmədov və Dövlət Sosial Müdafiə Fondu tanınıb.

Eyvaz Niftəliyev barəsində həbs qətimkan, Ramis Hümmətov barəsində isə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Eyvaz Niftəliyev su vulkanlarının tədqiqatının aparılması ilə bağlı şəxslərlə müqavilə bağlamaq və digər müxtəlif işlərlə baglı üzərinə öhdəlik götürərək 100 nəfərdən artıq insanın pulunu mənimsəməkdə təqsirləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Oktyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri