Sabah Bakıda 100 müəllimlə vacib görüş keçiriləcək ARTİ rəsmisi
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Noyabrın 20-də Bakı şəhərində 100 riyaziyyat müəllimi ilə görüş keçiriləcək. Görüşdə təkmilləşdirilmiş fənn kurikulumunda edilən dəyişikliklər müəlliflər tərəfindən izah olunacaq.
Redaktor.az xəbər verir ki, bunu riyaziyyat dərsliklərinin ictimai müzakirəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov bildirib.
Onun sözlərinə görə, yeni kurikulumun hazırlanması və təsdiqindən sonra müəllimlərin məlumatlandırılması istiqamətində tədbirlər həyata keçirilib:
“Biz çalışmışıq ki, kurikulumu təkmilləşdirən müəlliflər birbaşa həmin fənni tədris edən müəllimlərlə görüşsünlər. Bu görüşlər həm regionlarda, həm də Bakı şəhərində keçirilib. Sabah da Bakıda 100 müəllimlə görüşümüz olacaq. Dəyişikliklərin müəlliflər tərəfindən birbaşa izah edilməsi mümkün anlaşılmazlıqların aradan qaldırılmasına kömək edir. Çalışmışıq ki, kurikulum müəllimlər və dərslik müəllifləri üçün maksimum faydalı sənəd olsun. Yəni ondan yalnız rəsmi sənəd kimi deyil, tədris prosesində istifadə edilən vəsait kimi yararlanmaq mümkün olsun”.
M.Məhərrəmov bildirib ki, təkmilləşdirilmiş kurikulumun tətbiqi hazırda monitorinq olunur. Bu zaman dərsliklərlə yanaşı, tədris məzmununun da qiymətləndirilməsi həyata keçirilir.
Onun sözlərinə görə, monitorinqlərdə mövzuların siniflər üzrə necə mənimsənildiyi, tətbiq zamanı hansı çətinliklərin yarandığı və hansı müsbət nəticələrin əldə olunduğu araşdırılır.
Şöbə müdiri əlavə edib ki, monitorinqlərdən əldə edilən nəticələr riyaziyyat fənn kurikulumunun növbəti təkmilləşdirilməsi zamanı nəzərə alınacaq (Azərbaycan müəllimi).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 19 Noyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















