Icma.az
close
up
RU
Artıq müəllimlər tək qalmayacaq AÇIQLAMA

Artıq müəllimlər tək qalmayacaq AÇIQLAMA

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Elm və təhsil nazirinin müşaviri Elnur Əliyevin “metodistlər yenidən axtarılır” açıqlaması, əslində, təhsil ictimaiyyətində böyük maraq doğurdu. Çünki bir neçə il öncə təhsil şöbələrində metodi̇st vəzifəsi ləğv edilmişdi və bu, məktəblərin metodik dəstək imkanlarının zəifləməsi kimi qiymətləndirilmişdi. Açıqlamadan görünür ki, nazirlik bu boşluğu yenidən doldurmağa ehtiyac duyur".

Bunu Redaktor.az-a açıqlamasında "Master of Science" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu metodistlərin yenidən işə cəlb olunmasının səbəbi barədə danışarkən bildirdi.

O, qeyd etdi ki, metodistlər ləğv ediləndən sonra müəllimlərin dərs planları və metodik yanaşmalar üzrə peşəkar dəstəyi azaldı:

"Eləcə də pedaqoji innovasiyaların məktəblərə çatdırılması zəiflədi. Bununla yanaşı, yeni proqramların tətbiqi zamanı məktəblər arasında fərqlər artdı. Bu gün məktəblərin çoxunda müəllimin metodik müşavirəyə ehtiyacı var, amma bu işi davamlı və peşəkar şəkildə həyata keçirən mexanizm tam olaraq mövcud deyil".

Müsahibimizin sözlərinə görə, son illərdə dərsliklərin yenilənməsi, kurikulum dəyişiklikləri, yeni qiymətləndirmə modelləri, həmçinin rəqəmsal tədris resurslarının tətbiqi artıb:

"Təbii ki, bu yeniliklərin səmərəli icrası üçün məktəblərə yenidən metodik rəhbərlik lazımdır. Yalnız onlayn təlim və mərkəzdən idarəetmə görünür ki, kifayət deyil. Müəllimlərin işə qəbul imtahanı, sertifikasiya və digər mexanizmlər müəllim keyfiyyətinin artırılmasına yönəlibsə, metodistlər bu prosesin praktik dəstək qolunu təşkil edir. Onlar zəif tərəfləri aşkar edirlər. Dərs prosesinin müşahidəsi və rəy verilməsi də onların səlahiyyətində olan məsələlərdir. Gənc və yeni müəllimlərə mentorluq etmək də metodistin işidir. Bu isə müəllimin fəaliyyətinə birbaşa təsir edən ən vacib mərhələlərdən biridir. Son illər sistem daha çox rəqəmsallaşdırılıb və mərkəzləşdirilib. Lakin məktəbdə yaranan pedaqoji problemlər, valideyn-müəllim münasibətləri, dərsdaxili keyfiyyət məsələləri yerli səviyyədə, yəni bir insan tərəfindən, metodist tərəfindən həll olunan məsələlərdir. Regionlar arasında təhsildə fərqlər var. Metodistlərin yenidən tətbiqi pedaqoji prosesin keyfiyyətinə nəzarəti gücləndirə, vahid tədris standartlarının yerli səviyyədə tətbiqini təmin edə, həmçinin “müəllim tək qalmasın” problemini aradan qaldıra bilər".

R.Fikrətoğlunun fikrincə, metodistlərin yenidən işə cəlb olunması göstərir ki, müəllimlər arasında metodik dəstək çatışmazlığı açıq şəkildə hiss olunur:

"Məktəblərdə tədris prosesinə daha çox peşəkar nəzarət və istiqamət verilməsinə ehtiyac duyulduğu görünür. Həmçinin əvvəlki struktur dəyişikliyindən doğan boşluqlar indi də özünü göstərir. Bu addım, əslində, tədrisin keyfiyyətinə birbaşa təsir edən ən mühüm mexanizmlərdən birinin bərpası olardı. Düşünürəm ki, metodistlərin bərpa olunması təhsil üçün, xüsusilə də ümumi təhsil üçün, çox müsbət bir hal olardı".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Dekabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri