Icma.az
close
up
RU
Müəllimlərə üç məktəbdə işləmək imkanı verilə bilər

Müəllimlərə üç məktəbdə işləmək imkanı verilə bilər

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan təhsil sistemində bəzi müəllimlər var ki, onların iş günü təkcə bir məktəbin sinif otaqları ilə məhdudlaşmır. Səhər bir təhsil ocağında dərslərə girən bu pedaqoqlar, günün ikinci yarısında digər məktəbin qapısını açır, iki fərqli kollektivdə, iki fərqli şagird kontingenti ilə işləməli olurlar. Eyni anda iki fərqli məktəbdə çalışmaq məcburiyyəti və ya zərurəti təhsil mühitinin müzakirə olunan reallıqlarından biridir.
Mövzuyla bağlı təhsil eksperti Elmin Nuri Modern.az-a danışıb. 

“Orta ümumtəhsil seqmentimizdə qanunvericiliyə əsasən, təhsilverənlərin, yəni müəllimlərin iki yerdə — əlavə iş yerində işləmək imkanı var. Bunun müəyyən istiqamətləri var və əsasən də  əlavə iş yeri olan müəllimlər başqa məktəbdə müddətli müqavilə əsasında çalışırlar.  Müəllimlər əsasən hansısa məktəbdə saat boşluğu olduğunu bilirlərsə,həmin məktəblərə müraciət edir və cədvəl əsasında öz dərsini deyir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədri Eşqi Bağırov da jurnalistlərə müsahibəsində bildirmişdi ki, kənd məktəblərində çalışan müəllimlərə bəzi hallarda hətta üç yerdə işləmək şansı da verilə bilər”.

Ekspert vurğulayıb ki, bu həm müəllim çatışmaalığından yaranan ehtiyac həm də müəyyən sosial öhdəlikdir.

Elçin Əfəndinin sözlərinə görə isə, bir qrup müəllimlər məktəbdə 5-6 tədris saatı ilə işləyir,qalan vaxtını repetitor olaraq fəaliyyət göstərir. 

“Bəzi müəllimlər, repetitor hazırlığında daha çox gəlir əldə etdiyi üçün məhz məktəbdə bir o qədər də işləmək, vaxt keçirmək niyyətində olmurlar.Bu da, əlbəttə ki, digər müəllimlərin həmin vakant yerləri tutmasına imkan vermir. Nəticə etibarilə müşahidə edirik ki, vakant yerlər müəllimlər tərəfindən tutulmur və yaxud da dərs saatı çox az qaldığı üçün həmin yerlərə gedən olmur. 6-8 saatın əməkhaqqı çox az olur və  Müəllimlərin İşə Qəbulu İmtahanında iştirak etmələrinə baxmayaraq çıxarılan vakansiyanı seçmirlər”. 

Elçin Əfəndi qeyd edib ki, bəzi müəllimlər həm təhsil müəssisəsində çalışır, həm də alternativ başqa sahələrdə çalışırlar ki, ailənin dolanışıq vəziyyətini yaxşılaşdırsınlar:
“Həmin müəllimlərin vəziyyətini repititorluq edənlərə nisbətdə başa düşüləndir. Çünki repititorluq edən müəllimlərin 5-6 dərs saatlıq fəaliyyətləri məktəblərdə müəllim çatışmazlığına gətirib çıxarır”.

Lamiyə Cənnətzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Oktyabr 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri