Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Azərbaycanda bu halda müəllimlərə dərəcələr verilə bilər AÇIQLAMA

Azərbaycanda bu halda müəllimlərə dərəcələr verilə bilər AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, müəllimlərin əməkhaqqı dərs saatına deyil, iş saatına uyğun müəyyənləşdiriləcək.

Belə olduqda vəziyyət necə dəyişəcək?

Redaktor.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, həm müəllimlər, həm də ictimaiyyət üçün indiyə qədər hələ də cavabı tapılmayan bir sual var:

"Müəllim vəzifədir, yoxsa peşədir? Artıq müəllimlərə əməkhaqlarının verilməsi əgər dərs saatına görə yox, iş saatına görə olacaqsa, müəllim bir vəzifəyə çevriləcək, yəni müəllimin vəzifəsi olacaq. Maaş iş saatına görə veriləcəksə, artıq müəllimlərə dərəcələr verilə bilər. Bir müəllimi digərindən fərqləndirmək üçün müəyyən təsnifatlar formalaşa bilər. Necə ki, dövlət qulluğunda müəyyən dərəcələr var. Bu da, sanki, bir növ dövlət qulluğunun xüsusi növünə çevrilə bilər. Bu o deməkdir ki, müəllimə müəyyən miqdarda minimum əməkhaqqı veriləcək. Tutalım, 400 manat minimum əməkhaqqı olsun və müəyyən dərs saatından sonra isə əlavə pul hesablansın. Tutalım, indi həkimlər necə fəaliyyət göstərirlər? Həkimlərin vəzifə maaşı var və səhv etmirəmsə, gün ərzində 25 xəstə qəbul edə bilərlər. Həmin talonlara görə əlavə ödəniş əldə etmək imkanı olur. Bir növ müəllimi səkkiz saat məktəbdə saxlamaqdır. Bu müəyyən qədər repetitorluğun qarşısını ala bilər. Artıq müəllim səkkiz saat dərsdədirsə və gün ərzində üç saat dərs keçibsə, xeyli boş vaxtı qalır və sinifində zəif olan şagirdlərə əlavə dəstək ola bilər. Mən düşünmürəm ki, müəllim üç saat dərs keçsin, yerdə qalan beş saatını boş otursun. Yəqin ki, bu, bu formada tənzimlənməyəcək".

Ekspertin fikrincə, bunun mümkün mənfi nəticələri də ola bilər.

"Müəllim tanıyıram, kimyadan hazırlıq keçir, 100-ə yaxın şagirdi var və hər şagirddən 100 manat alanda bu, 10 min manat pul edir. Dövlət orta məktəbdə işləyən müəllimə 10 min manat maaş verə biləcəkmi? Təbii ki, verə bilməyəcək, çünki mümkün də deyil və bu, təhsilə dair ayrılmış büdcənin dağıdılması ola bilər. Əgər bu formada proses tənzimlənərsə, müəllimlərin bir qismi yarımştata keçə bilər və yaxud da saatlı müəllimlər məktəbdən uzaqlaşa bilər. Yəni bu kimi mənfi ehtimallar var. Çünki müəllim kənarda repetitorluq fəaliyyətindən daha çox qazanır. Bəs valideynlər uşağın tam hazırlaşmasına güvənə bilərmi? Mən düşünürəm ki, yox. Çünki məktəb son illərdə funksiyasını valideynlərin gözündə çox dəyişib. Çünki məktəbin ümidinə şagirdin ali məktəbə qəbul olması və digər bu kimi hallar demək olar ki, valideyn üçün xəyal kimi görünür və bu, uzun müddətdə davam edəcək. Çünki məktəb bu güvəni sarsıdıb, yəni məktəb bu etibarı valideynə verə bilmir. Ona görə məcburdur ki, uşağını repetitor yanına qoysun. Belə olan halda repetitor daha çox qazanır, bu, məlum məsələdir. Müəllim daha çox repetitorluğa üz tutmuş olacaq. Ona görə biz burada məktəbdə saatlı müəllimləri itirə bilərik və yaxud da müəllimlərin böyük qismi yarımştata keçə bilər. Bu kimi hallar baş verə bilər. Amma ümumilikdə proses müəllimlərin xeyrinə düşünülə bilər. Tam mexanizm açıqlanmayıb, sadəcə Milli Məclisdə “Ümumi təhsil haqqında” qanuna müəyyən əlavələrin, düzəlişlərin edilməsi istiqamətində söhbət gedir, çünki hələ qanun tam təsdiqini tapmayıb. Sadəcə bu istiqamətdə işlər gedir. Konsepsiya tam açıqlanmayıb, amma ilkin ehtimallar təxminən mənim verdiyim şərhlər üzərində görünür", - deyə Rizvan Fikrətoğlu bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Oktyabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri